Fasilə və qeyriuyğunluqların analizi
Ümumi enmə və çöküntütoplanma istiqamətin-də inkişaf edən tektonik hərəkətlər müvafiq üsullarla öyrənilən fasiyaların, qalınlıqların və formasiyaların dəyişməsində qeyd olunur. Bu hərəkətlər tam quraq-lıq şəraitində baş verən zaman yer səthini deforma-siyaya uğradır və yerüstü relyef forması əmələ gətirir. Əsas şərait qısamüddətli ümumi və yerli qalxmalar zamanı yaranır ki, buda sonra enmə ilə əvəz olunur. Bu hadisə çöküntütoplanmada fasilələr adlanır. Fasi-lələrlə bölünən yatımlar isə qeyri- uyğunluq adlanır. Fasilələr, struktur planın deformasiyası və yenidən-qurulması hərəkətlərinin güclənməsi fazaları ilə üst- üstə düşür.
Dostları ilə paylaş: |