Regional geologiyanin öYRƏNİLMƏ MƏSƏLƏLƏRİ


GEOSİNKLİNALLAR NƏZƏRİYYƏSİNİN İN-KİŞAF MƏRHƏLƏLƏRİ



Yüklə 0,75 Mb.
səhifə52/95
tarix31.12.2021
ölçüsü0,75 Mb.
#112959
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   95
REGİONAL GEOLOGİYA VƏ GEOTEKTONİKADAN ƏSAS DƏRS VƏSAİTİ. 90s. 2021

GEOSİNKLİNALLAR NƏZƏRİYYƏSİNİN İN-KİŞAF MƏRHƏLƏLƏRİ
Tektonosferin strukturunda hə­rə­kətli- orogen qurşaqlara xüsusi yer verilir. Onlar mə­kanca tekto-nosferin başlıca struktur elemen­ti olan okeanlar və qitələr arasında keçid zona­larını tutur, zaman etiba-rilə okean­lardan qitə­lə­rə keçidi göstərir.

Geosinklinallar nəzəriyyəsinin müəllifi Ame­­­­­ri-ka geoloqu Con Xoll (1857) göstər­miş­dir ki, dağ tikililəri dərin və enli çökəkliklər üzərində əmələ gəlir. Bu çökək­liklər böyük qalın­lığa malik dəniz çöküntüləri ilə doldurulmuşdur.

Con Denen (1873) həmin tikililəri planetar mi-qyasına və sin­kli­nal formasına görə geosinklinal adlandırmışdır. O vaxtdan bəri geo­sinklinallar nəzə-riyyəsi uzun və mürəkkəb inkişaf yolu keçmişdir.

Fransa tədqiqatçısı Emil Hauq (1900) geo-sinklinal və platforma məfhumu əleyhinə çıxan ilk tədqiqatçılardan biri olmuşdur. O, platformaları qitə

sahəsi adlandırmışdı. Belə ki, geosin­kli­nal­ları okean-larla müqayisə edərək qeyd etmişdir ki, geosinkli-nallar üçün sadəcə dəniz yox, məhz dərin dəniz çöküntüləri səciy­yə­vidir.

Con Dena isə hesab edirdi ki, geosin­klinal çökək­liklərlə yanaşı böyük qırıntı mate­rial mənbəi də olmalıdır. Bu isə qalxıntılar olan geoan­ti­kli-­nallardır. Emil Hauq müasir geo­an­ti-­klinal qismində Aralıq Atlantik silsilə­sini nümunə göstərmişdir.

Sonrakı onilliklərdə isveçrə geoloqları E.Ar­qan və R.Ştaub alp geosinklinallarının mezozoydakı və paleogendəki tarixini araşdı­­­­raraq göstərdilər ki, geosinklinallar mürəkkəb daxili quruluşlu çökəklik-lərdir. Burada onlar ensiz qalxıntılarla, yəni koldil-yerlərlə növbə­lə­şib.

Avstriya geoloqu L.Kober geosinklinal vi-­la­­yətlərdə dağ tikililərini bir- birindən ayıran daya-­nıqlı qaymaları aralıq massivi kimi təklif et­mışdır.

Bütün bu qeyd olunanlarla bərabər, keçən əsrin ikinci yarısında geosinklinal sistemlər, geosinklinal vilayətlər və s. termin­lər qəbul edilmişdir. Bir qədər sonra sovet ədə­biyyatında V.Y.Xain, Y.M.Şeyn-­mann (1960),­­­ və M.V. Muratov (1965) tərəfindən

geo­sin­klinal qurşaq termini qeyd olunmuşdur.

Son zamanlar geosinklinal qurşaq termini əvə-zinə hərəkətli- orogen qurşaqlar termini qəbul olun-muşdur.

Hərəkətli- orogen qurşaqların inkişafında mü-­hüm rol oynayan və mantiyaya qədər gedib çatan bir element, dərinlik çatlarıdır. Hərəkətli- orogen qur-şaqların bütün mühüm elementləri olan vilayətlər, sistemlər, qalxıntılar, aralıq massivləri bir- birindən belə çatlarla ayrılıb.



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin