REGİONAL GEOLOGİYA VƏ GEOTEKTONİKADAN ƏSAS DƏRS VƏSAİTİ. 90s. 2021
Erkən orogen inkişaf dövründə,- orogen mər-hələnin başlanğıcında geosinklinal sistemlərin çoxu qitə qabığının formalaşmasının sona çatdığı sahələ-rdə özünü çökən quru sahə kimi göstərir. Belə sahələri mərkəzi qalxıntı adlandırırlar. Bu qalxıntılar sistemin ancaq qurtaracaqlarında saxlanılır. Burada periklinal çökəkliklər deyilən strukturlar əmələ gəlir. Məs: Cənubi Uralda Aktyubinsk, Azərbaycanın cə-nubi- şərqində Qusar- Şabran çökəkliyi.
Arxa və kənar çökəkliklərin çökmə qatları alt molası təşkil edir. Alt molas əsasən qumlu- gilli tər-
kibə malikdir və özünün fazalılığı və dayaz su sahələrində toplanması ilə flişdən fərqlənir. Molas qatlarını təşkil edən qırıntı materiallarının yuyulma məhsulu olduğu hesab edilir.