REGİONAL GEOLOGİYA VƏ GEOTEKTONİKADAN ƏSAS DƏRS VƏSAİTİ. 90s. 2021
Gec orogen inkişaf dövrünün başlaması qırışıqlıq fazasının eninə və hündürlüyə kəskin böyüməsi ilə səciyyələnir. Nəticədə dağ tikililəri əmələ gəlir. Dağ tikililərini əhatə edən çökəkliklər platforma və aralıq massivləri istiqamətində sıxışdırılır. Ona görə də bu çökəkliklərin daxili zonaları qalxmaya cəlb edilir və qırışıqlıq- üstəgəlmə deformasiyasına uğrayır. Kənar çökəkliklər platformalara tərəf yerini dəyişərək kənar dağönü çökəkliklərə çevrilir. Arxa çökəkliklər müvafiq olaraq aralıq massivinə tərəf itələnir. Əgər belə yerdəyişmə iki tərəfdən,- orogen qalxıntılar tərəfindən və massivin hər iki tərəfindən olarsa, bu zaman aralıq massivləri vahid aralıq çökəkliklərinə çevrilir. Mis üçün: Rioni massivi, Kür çökəkliyi və s. Qara və Xəzər dənizlərinin müasir çökəklikləri də bu qəbildəndir.