Regional geologiyanin öYRƏNİLMƏ MƏSƏLƏLƏRİ



Yüklə 0,75 Mb.
səhifə64/95
tarix31.12.2021
ölçüsü0,75 Mb.
#112959
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   95
REGİONAL GEOLOGİYA VƏ GEOTEKTONİKADAN ƏSAS DƏRS VƏSAİTİ. 90s. 2021

Perikraton enmə zonaları qitələrin sualtı kənarlarının 50- 100 m- ə qədər olan hissələrinə müvafiq gəlir. Bu sahil və dayazdəniz çökün­tülərinin güclü toplandığı zonalardır. Burada qa­lınlıq 10- 12 km- ə çatır.

Platformalar üzərindəki ikinci cərgə struk­tur elementləri olan anteklizlər, sineklizlər və avlako-genlərdir.



Anteklizlər plitələr hüdudunda üfüqi qal-­xın­tılardır. Tağ hissədə bəzən onun bünövrəsi səthə çıxmış olur. Burada bünövrə 1- 1,5 km dərin­likdə yerləşir. Çökmə örtük ixtisar olunmuş qalınlıqla, fasilələrin çoxluğu və daha gobud tərkiblə fərqlənir.

Sineklizlər üfüqi iri çökəkliklərdir. Onlar həm plitələr üzərində, həm də qalxanlar ara­sında müşa-hidə olunur. Sonuncular cənub platformaları üçün səciyyəvidir. Yatım bucağı 1o- dən azdır. Burada çö-kmə qatın qalınlığı 3- 5 km- dir. Sineklizlərin iki xü-susi tipi mövcud­dur: birincisi, çox böyük və dərində

yatan si­ne­klizlərdir ki, bunlar çox vaxt platforma kənarında yerləşir (Xəzəryanı sinekliz); ikinci tip Sibir platforması üzərində olan trapp tipli sineklizdir.



Avlakogenlər platforma içərisində böyük qra-ben- çökəkliklərdir, çatlarla sərhədlənib, böyük qalınlıqlı (10- 12 km) çöküntü qatları ilə doldurulub. Çöküntülərdən duzlar və kö­mür­lər səciyyəvidir. Daxili quruluşuna görə sadə və mürəkkəb avlako-genlər ayrılır. Avla­kogenlər adətən platformanın kənarlarından birinə çıxır. Bəzən platformanın bir kənarın­dan digər kənarına qədər uzanır.

Anteklizlər və sineklizlər üçüncü sıra struk­tur elementlərdən təşkil olunub. Anteklizlər tağ­lardan, sineklizlər isə çökəkliklərdən iba­rətdir.

Çökmə örtüyün strukturunda yenə bir cərgə səddlər ayrılır. Bu üfüqi qal­xıntıların uzununa bir- neçə yüz (200- 300 km), eninə isə on km- lərlə uzanan bir- neçə lokal qalxıntılar zənci-rindən ibarətdir. Lokal qal­xıntıların ölçüləri bir- neçə km- dən bir- neçə 10 km- ə qədər olur. Hündürlüyü bir neçə on və ya bir neçə yüz m- ə qədərdir. Bəzən oval cizgilidir. Bünövrə üzərində əks oluna və ol­un­maya bilər.



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin