Regional geologiyanin öYRƏNİLMƏ MƏSƏLƏLƏRİ


Epiplatforma orogenlərinin quruluşu



Yüklə 0,75 Mb.
səhifə68/95
tarix31.12.2021
ölçüsü0,75 Mb.
#112959
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   95
REGİONAL GEOLOGİYA VƏ GEOTEKTONİKADAN ƏSAS DƏRS VƏSAİTİ. 90s. 2021

Epiplatforma orogenlərinin quruluşu mürək-kəbdir. Bunlar dağ tikililərinin və dağarası çökəklik-lərin növbələşməsindən təş­kil olunub. Dağarası çö-kəkliklər adətən az sahəni əhatə edir və oval formaya malik olur. Bəzi sahələrdə epiplatforma orogenləri epigeo­sin­klinala oxşayır və aralıq platformalardan ayrılır. Eninə kəsilişdə epiplatforma dağ tikililəri bənd- blok tikililəri kimi özünü göstərir.

Dağarası və dağönü çökəkliklər qanuna uy­ğun olaraq kəsilişdə kobuddənəli çöküntülərlə yuxarıya doğru keçən və bəzən qalınlığı 10 km- ə çatan nəhəng molaslarla doldu­rul­muş­dur. Epigeosinklinal molasslardan fərqli ola­raq epiplatforma molasları öz kəsilişinin çox hissəsində qitə, və yalnız aşağı hissəsində laqun- dəniz mən­şəli ola bilər. Buna baxmayaraq süxurların qranulometrik tərkibinə görə burada da alt və üst molas ayrıla bilər. Alt molas arid iqlimdə qırmızı- və ya tünd qırmızı, çox vaxt duzlu, humid iqlimdə isə boz rəngli, bəzi hallarda kömürlü ola bilər.




Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin