Endogen qırışıqlıqlara yerin daxilində endo-gen prosseslərin təsiri altında yaranan qırışıqlar aid edilir. Müəyyən edilmişdir ki, yer qabığının çökmə qatının yuxarı, səthə yaxın hissələrində yayılmış qırışıqların əmələ gəlməsi zamanı süxurların ilkin tərkibində kəskin dəyişmələr baş vermir. Bu qırışıq-lar örtük qırışıqları və ya örtüyün qırışığı adlanır.
Endogen qırışıqlığın örtük qırışıqlığı, dərin-lik qırışıqlığı növü vardır.
Örtük qırışıqlığı arasında ən geniş yayılanı regional sıxılma qırışıqlığıdır ki, bu da horizontal istiqamətlənmiş qüvvələrin təsiri altında yaranır. Bu tip qırışıqlıqlar geosinklinal formasiyalar arasında
geniş sahələrdə inkişaf edib və yer qabığının geosin-klinal inkişaf rejiminin əsas göstəricisidir. Bu qırı-şıqlıq xəttiliklə səciyyələnir.
Platformalar üzərində regional sıxılma qırışıq-lığının mənşəi uzun zaman müəyyən edilməmiş qal-mışdı. Çoxları hesab edirdi ki, platforma qırışıqları bünövrənin müəyyən bloklarının şaquli hərəkətləri-nin təsiri altında baş verir.
Bütün platforma qırışıqları köksüzdür. Onların bəzilərinin altında bünövrənin bloklarının qaldırıl-ması müşahidə olunur. Bu əsasən cavan platformalar üçün səciyyəvidir.
Dostları ilə paylaş: |