Dərinlik qırışıqlığı xüsusən kembriyəqədərki çöküntülər içərisində platforma bünövrəsində və fanerozoyun qırışıqlıq tikililərinin nüvə hissəsində çox geniş yayılıb. Bu tip qırışıqlar tamamilə axımlı qırışıq hesab olunur. O suxurların yüksək plastikliyi şəraitində yüksək təzyiq və temperatur altında inkişaf edir. Maddənin yerdəyişməsi özüllü plastik axım şəklində baş verir və bütün süxur kütləsini əhatə edir.
Ekzogen qırışıqlıqlara yer səthinə yaxın sahə-də ekzogen prosseslərin təsiri altında əmələ gələn
qırışıqlar aid edilir. Onlar təbiətdə geniş yayılıb. Bu qırışıqları çox vaxt endogen qırışıqlarla qarışdırırlar.
Ekzogen qırışıqların bəzilərində neft və qaz yataqları toplanıb. Bu qırışıqların bir neçə növü var: sualti- sürüşmə qırışıqlığı, çökmə görünüşlü qırı-şıqlar, sıxılma qırışıqlığı və s.
Dostları ilə paylaş: |