gional növlərə ayrılır. Qlobal xəritə üzərində yerin bütün səthi, yer qabığının bütün qitə və okeanları əks etdirilir. Miqyası 1:15000000- dan 1:5000000- a qə-dər dəyişir. İcmali xəritələr böyük ölkələrin ayrı- ayrı qitə və okeanlarının xəritəsidir (SSRİ, ABŞ, Kanada, ÇXR, Hindistan). Bunlar 1:5000000- dan 1:2500000- ə qədər miqyasda tərtib edilir. Reqional xəritələr ayrı- ayrı regionların platforması, qırışıqlıq sistemləri (Ural, Altay, Qafqaz və s.) və ölkələrin (Fransa, İtaliya, Polşa və s.) ərazisi üçün tərtib ounub. Belə xəritələrin miqyası adətən 1:5000000- dan 1:500000- ə qədərdir.
Xüsusi tektonik xəritələr öz təyinatından asılı olaraq paleotektonik, neotektonik, platforma bünöv-rəsi və s. bölünür.