Ümumi tektonik xəritələrin tərtibi müvafiq regionların quruluşunun və inkişafının aşağıdakı ciz-gilərini kartoqrafik əks etdirməyi öz qarşısına məq-səd qoyur:
yer qabığının struktur elementlərini təşkil edən əsas tiplərin, hər şeydən əvvəl, qitə və okean qabı-ğının inkişaf vilayətlərinin yayılmasını;
ayrılmış struktur elementlərin daxili strukturunu
əks etdirməyi;
qırışıqlıq sistemlərinin və platforma örtüyünün mənşəi və mərhələlərini öyrənməyi. Bu məqsədlə okean, “keçid” və ya qitə tipli qabıqda baş vermiş xüsusi geosinklinal qırışıqlıq sistemləri ayrılır. Plat-forma örtüyündə isə, hər şeydən əvvəl erkən və gec avlakogenlər kompleksi ayrılır. Plitə örtüyü geosin-klinal sistemlərin qırışıqlıq komplekslərinə müvafiq gələn struktur komplekslərinə ayrılır;
intruziv maqmatizm və regional metamorfizmin təzahürü. Məlumdur ki, bu təzahürlər tektonik rejim-lərin göstəricisidir. Ona görə də onların bütün növ tektonik xəritələr üzərində göstərilməsi çox vacibdir. Müxtəlif tip qranitoid formasiyaları geosinklinal və epigeosinklinal orogenlərin müxtəlif inkişaf mərhə-lələrini səciyyələndirir.
Dostları ilə paylaş: |