REGİONAL GEOLOGİYA VƏ GEOTEKTONİKADAN ƏSAS DƏRS VƏSAİTİ. 90s. 2021
Erkən proterozoy (Paleoproterozoy, 2,6-1,7 mld. il) mərhələsi– platformaların və geosinkli-nalların ilkin rüşeyimləri. Arxeyin sonunun kalium qranitləşməsi artıq qitə qabığının çox böyük sahələ-rinin peyda olmasına gətirib çıxarmışdı. Bu müasir platformaların sahələrinə yaxın və hətta plitələrarası gec geosinklinal qurşaqlarının bir qism sahələrini əhatə etmişdi. Bu qabıq (litosferlə ümumilikdə) artıq kifayət qədər soyuq və kövrək idi. Buraya dayanıqlı çatlar vasitəsilə əsasi və ultraəsasi maqma asanlıqla daxil ola bilərdi. Uzununa yüzlərlə km və eninə bir neçə km olan daykalardan ibarət çox saylı komple-kslər belə əmələ gələ bilərdi. Bunlardan ən böyüyü, yaşı 2,6- 2,5 mld. ilə çatan Afrikanın Böyük Zimba-bve daykasıdır. Həmin zamandan bəri qlobal çat və yarıqlar mövcuddur. Bununla bərabər proterozoyun əvvəlində protoqitə qabığının parçalanması və proto-platformaların əmələ gəlməsi baş vermişdi. Onların hərəkətli zonalarını ayıran qalın çöküntülər və vulka-nitlər qatına malik protogeosinklinallar yaranmışdı.
Bu protogeosinklinallar eninə bir neçə yüz km- ə bə-rabər ərazini tuturdu.