Regional geologiyanin öYRƏNİLMƏ MƏSƏLƏLƏRİ


Mezozoy- Kaynozoy mərhələsi (0,2- 0 mld.-il)- cavan okeanların əmələ gəlməsi



Yüklə 0,75 Mb.
səhifə94/95
tarix31.12.2021
ölçüsü0,75 Mb.
#112959
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   95
REGİONAL GEOLOGİYA VƏ GEOTEKTONİKADAN ƏSAS DƏRS VƏSAİTİ. 90s. 2021

Mezozoy- Kaynozoy mərhələsi (0,2- 0 mld.-il)- cavan okeanların əmələ gəlməsi. Bu mərhələ-nin nisbətən böyük hadisəsi paleozoyda əmələ gəl-

miş Pangeya superqitəsinin parçalanması olmuşdur. Bu gec triasda okean geosinklinal qurşağı olan Tetisin əmələ gəlməsi ilə başlamışdır. O özündən əvvəlki Tetisdən (gec kembri- paleozoy) bir qədər cənuba doğru yerini dəyişmişdir. Tetis ilk əvvəl Mərkəzi Amerikanın içərilərinə qədər uzanırdı. Yalnız yuranın sonunda, meridian istiqamətində Atlantik okeanının genişlənməsi başladı. Şimali Atlantikanın, sonra isə kaynozoyun əvvəlindən Norveç- Qrenlandiya və Şimali Buzlu okeanın Avro­asiya hövzələrinin genişlənməsi Avroasiyanın Şimali Amerikadan aralanması və cənuba doğru yerdəyişməsi baş verir. Gec yurada başlayan Cənub və Hind okeanlarının açılması Afrika, Hindistan və Avstraliyanın şimala doğru hərəkət etməsinə səbəb olub. Nəticədə Tetis üzərində yuranın sonundan qərbdə, təbaşirin sonundan- paleogrnin əvvəlindən şərqdə qabığın sıxılması və yığılması baş vermişdir. Bütün bu proseslər Qon­dvananın qitə molasslarının və Avroasiyanın toqquşması (kolliziyası) ilə başa çatmışdır. Alp, Qafqaz, Pamirin Hindiquş hissəsinin və Himalayın yaranması bu proseslərin nəticəsidir.

Oliqosenin başlanğıcına qitələrin və okeanların,

qırışıqlıq dağ sistemlərinin və spredinqin oxları artıq müasirə uyğun cizgilərini almışdı. Bu zaman qitələr güclənmiş qalxma mərhələsinə daxil olur, platforma-ların tektonik aktivləşməsi prosesi və dağ sistemlə-rinin böyüməsi sürətlənir. Bu neotektonik mərhələ adlanır.



Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin