Regional iqtisadi inteqrasiya termini Regional iqtisadi inteqrasiya anlayışı



Yüklə 445 b.
tarix17.01.2017
ölçüsü445 b.
#621



Mündəricat

  • Giriş .................................................................................... 3

  • Regional iqtisadi inteqrasiya termini .................................. 4

  • Regional iqtisadi inteqrasiya anlayışı ................................. 5

  • Regional iqtisadi inteqrasiyaların növləri .................................. 7

  • Gömrük ittifaqlarının iqtisadi effektləri .............................. 8

  • İqtisadi ittifaq .................................................................... 10

  • Regional iqtisadi inteqrasiyaların dünya iqtisadiyyatındakı çəkisi .................................................... 12

  • Mənbələr ........................................................................... 13



Giriş

  • Dünya ticarətinin liberallaşması prosesi DTT ilə yanaşı, iqtisadi inteqrasiya qurumları çərçivəsində də davam edir.

  • Başqa sözlə, müasir dövrdə qloballaşma prosesi sürətlə davam etdiyi halda, eyni sürətlə regional iqtisadi inteqrasiyalar da geniş yayılmağa başlamışdır.

  • İqtisadi inteqrasiya (economic integration) nəzəriyyəsi, bir qrup ölkənin aralarındakı ticarəti sərbəstləşdirmək məqsədilə həyata keçirdikləri siyasətləri öyrənir.

  • Müasir dövrdə ölkələr arasındakı iqtisadi əməkdaşlıq prosesləri məhdud saydakı əmtəələr üzərində taarif endirimlərindən, dərin iqtisadi inteqrasiya birliklərinin qurulmasına qədər dəyişir.



Regional iqtisadi inteqrasiya termini

  • Regional və ya beynəlxalq iqtisadi inteqrasiya (regional or international economic integration) və ya iqtisadi inteqrasiya (economic integration) ədəbiyyatlarda müxtəlif iqtisadi inteqrasiya növlərini əhatə edən ümumi bir termin kimi qəbul edilmişdir.

  • Latınca “integratio” sözündən əmələ gələn inteqrasiya sözü tam mənada “bütövləşmə” olmaqla birgə, Azərbaycan dilli ədəbiyyatlarda daha çox “inteqrasiya” formasında istifadə edilir.



Regional iqtisadi inteqrasiya anlayışı

  • Problem “iqtisadi inteqrasiya” formasında ilk dəfə 31 oktyabr 1949-cu ildə OEEC Şurasında Paul Hofmən tərəfindən təqdim olunan bir məruzədə işlədilmişdir.

  • Sonralar müxtəlif iqtisadçılar tərəfindən müxtəlif təriflər verilmişdir.

  • Məsələn, J. Tinberger beynəlxalq iqtisadi inteqrasiya dedikdə, beynəlxalq iqtisadi əməkdaşlığın optimallaşdırılmasını, C. Kindelberger isə istehsal amilləri qiymətlərinin bərabərləşdirilməsini əsas götürərək tərif vermişdir.

  • Əslində isə, iqtisadi inteqasiya, milli, beynəlxalq və dünya inteqrasiyası kimi 3 başlıca formada tədqiq edilməlidir. Hər bir iqtisadi inteqrsiya əmək bölgüsünə əsaslanır, əmtəə və xidmətlərin maksimum sərbəst hərəkətini, onların mənşə ölkəsi və yönəldiyi regiona görə ayrı-seçkiliyə məruz qalmamasını nəzərdə tutur.



Regional iqtisadi inteqrasiya anlayışı

  • Ən ümumi şəkildə desək regional və ya beynəlxalq iqtisadi inteqrasiya, inteqrasiyaya daxil olan iqtisadiyyatlar arasında əmtəə və xidmətlər, həmçinin istehsal faktorları axınlarının sərbəstləşdirilərək ümumi bir iqtisadi məkan yaradılmasıdır.



Regional iqtisadi inteqrasiyaların növləri

  • Seçimli ticarət sazişləri (preferential trading agreement)

    • Sazişə qoşulan ölkələrin bir tərəfli və ya qarşılıqlı formada tarif endirimlərinə getməsidir.
  • Azad Ticarət Zonası (Free Trade Association)

    • Birlik daxili ortaq (sərbəstləşdirmə), ancaq birlikxarici sərbəst gömrük siyasəti mövcuddur.
  • Gömrük İttifaqı (Customs Union)

    • Birlik daxilində və xaricində ortaq gömrük siyasəti mövcuddur.
  • Ümumi Bazar (Common Market)

    • Gömrük ittifaqı + birlik daxilində istehsal amillərinin də sərbəst hərəkəti
  • İqtisadi İttifaq (Economic Union)

    • Ümumi bazar + iqtisadi, maliyyə və monetar siyasətləri kordinasiyası


Gömrük ittifaqlarının iqtisadi effektləri

  • Statik effektlər

    • Statik effektlər, iqtisadi və sosial strukturlar sabit qalmaq şərtilə, istehsal faktorlarının yenidən bölgüsü nəticəsində ortaya çıxacaq effektləri nəzərdə tutur. İlk dəfə 1950-ci illərdə Kanadalı iqtisadçı Jacob Viner tərəfindən araşdırılmışdır.
      • Ticarət yaradıcı effekt: Bir bölge daxilində ticarət maneələri ortadan qaldırıldığı halda, bu bölgədə olan ölkələr arasında xarici ticarət həcmi genişlənir.
      • Ticarət azaldıcı effekt: Bölge xaricindən həyata keçirilən ticarətdə daralma meydana gəlir.


Gömrük ittifaqlarının iqtisadi effektləri

  • Dinamik effektlər

    • Xarici rəqabətin artması
    • Miqyas iqtisadiyyatlarının yaranması
    • Texnoloji inkişaf
    • İnvestisiyaların təşviqi
    • Resursların mobilliyi


İqtisadi ittifaq

  • Ümumi iqtisadi siyasətin həyata keçirilməsi

  • Məhdud iqtisadi və valyuta birliyinin yaradılması

  • Sosial-iqtisadi proseslərin vahid tənzimləmə sisteminin fəaliyyət göstərməsi

  • Vahid iqtisadi məkanın formalaşması



İqtisadi ittifaq

  • Ümumi bazardan İqtisadi İttifaqa keçid, ortaq standartların qəbul edilməsini, başqa sözlə, müxtəlif milli sistemlərin ortaq bir standarta çevrilməsini zəruri edir. Bunlar isə aşağıdakıları əhatə edir:

    • Mal standartları
    • Xidmət standartları
    • Dövlət satınalma prosesləri
    • Firma hüququ prinsipləri
    • Ümumi rəqabət qaydaları
    • İnsanların sərbəst hərəkəti
    • Qanuni və inzibati maneələr və.s


Regional iqtisadi inteqrasiyaların dünya iqtisadiyyatındakı çəkisi

  • 2000-ci ilin məlumatına görə Dünya Ticarət Təşkilatına (DTT) bildirilən regional inteqrasiyaların sayı 200-dən çoxdur. Yalnız son 10 ildə 87 regional inteqrasiya sazişi qüvvəyə minmişdir.

  • DTT tərəfindən aparılan tədqiqatlardan birinin nəticəsinə görə, bu gün dünya ticarətinin 39%-i Avropa İttifaqı, 24%-i NAFTA, 6%-i ASEAN, 12%-i isə digər inteqrasiyalar daxilində həyata keçirilir.

  • Göründüyü kimi dünya ticarətinin 81%-i intqrasiya əlaqələrinə girən ölkələr arasında həyata keçirilir.



Mənbələr

  • P. Krugman and M. Obstfeld, International Economics: Theory and Policy, Seventh Edition Pearson – Addison Weasley.

  • James Gerber, International Economics, Third Edition, Pearson Education , 2005.

  • H. Seyidoğlu, Uluslararası İktisat: Teori, Politika ve Uygulama, XV. Baskı, İstanbul, 2009.

  • R. Karluk, Uluslararası Ekonomi: Teori ve Politika, VI. Baskı, İstanbul, 2009.



Yüklə 445 b.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin