2. Reqressiya modelinin tərtib edilməsi
Yuxarıda qeyd etdiyimiz kimi, statistik xarakteristikaların təhlilinin əsas məqsədi məlumatların paylanması qanunauyğunluğunu müəyyənləşdirməkdən ibarətdir. Normal olmayan məlumatların orta kəmiyyətinin xətası böyük olur və həmin orta kəmiyyətə görə hesablanmış yekun göstəricilər təhrif edilir.
Bu səbəbdən, məlumat massivini (37 rayon üzrə) 3 qrupa bölək.
3-cü qrupun qalan 35 rayonunun ekonometrik təhlilini aparaq. Əvvəlcə rayonlar üzrə göstəricilərin korrelyasiya əlaqəsi təhlil edilir. Korrelyasiya-reqressiya təhlili, əlaqənin sıxlıq dərəcəsinin (korrelyasiya təhlili) və onun formasının, yəni analitik ifadəsinin (reqressiya təhlili) müəyyən edilməsindən ibarətdir [2]. Faktor əlamətinin (Xi) qiymətinin dəyişilməsi ilə nəticə əlamətinin (y) variasiyası müəyyən edilir. Onların arasındakı əlaqənin sıxlıq dərəcəsini ölçmək üçün korrelyasiya əmsalı (R) müəyyən olunur. İki dəyişən arasında korrelyasiya asılılığı onlardan birinin qiyməti ilə o biri dəyişənin şərti riyazi gözləməsi arasında funksional asılılıqdır. Cədvəldən göründüyü kimi, məhsul buraxılışı ilə enerji istehlakı arasında korrelyasiya asılılığı 0.739268-dir. Çeddok şkalasına görə 0.7
Dostları ilə paylaş: |