3. Reqressiya modelinin keyfiyyətinin yoxlanılması
Reqressiya modelinin adekvatlığının daha səmərəli qiymətləndirilməsi, reqressiya tənliyinin keyfiyyət ölçüsü (və yaxud reqressiya modelinin müşahidə qiymətlərinə yi yaxınlığının keyfiyyət ölçüsü) kimi determinasiya əmsalı R2-dan istifadə olunur [1].
Korrelyasiya əmsalı R=0.739268.
Determinasiya əmsalı R2 = 0.5465, ən kiçik kvadratlar metodunda 0<=R2<=1 şərti ödənilir. Determinasiya əmsalı reqressiyanın köməyi ilə şərh edilən asılı dəyişənin dispersiyasının payını göstərir, əlaqənin istiqamətini isə göstərmir.
R2=0.5465, o deməkdir ki, nəticə əlaməti y-in (məhsul buraxılışının) variasiyasının ancaq 54.7%-i modelə salınmış xi göstəricisinin, yəni enerji istehlakının təsirindəndir. Variasiyanın qalan hissəsi 1-R2=1-0.5465=0.45, yəni ümumi dispersiyanın 45%-i izah olunmamış qalır.
Korrelyasiya əmsalının R əhəmiyyətliliyini qiymətləndirmək üçün Fişer meyarından istifadə olunur. Fişer meyarının hesablama qiyməti F=39.770031-dir, =0,05 (P=1-0,05) əhəmiyyətlilik səviyyəsində Fişer meyarının cədvəl qiyməti isə F1,35,0.05=4.17 dür. Göründüyü kimi, F>F1,35,0.05 - dir, yəni faktor əlamətinin təsiri rədd edilmir və reqressiya əmsalları 0-dan fərqlidir.
Darbin-Uotson (DW) əmsalı DW = 2.41597. Bu əmsal 0<= DW<=4 arasında olduğuna görə asılılıq formulu yaxşı olur [4].
Reqressiya əmsalı - b-nin əhəmiyyətini yoxlamaq üçün t-statistikasından istifadə olunur. t-statistikadan ötrü sıfır hipotezi H0, yəni t-nin "0"-a bərabərliyi hipotezi yoxlanır.
t-nin qiyməti sərbəst hədd üçün 6.62488, birinci hədd üçün - 6.306348 (X1)-dir. Bunu aşağıdakı düsturla hesablayaq:
tb = b/Sb =2.143105/0.3398=6.30635,
burada, b - birinci həddin əmsalı; Sb - b-nin standart xətasıdır.
Styudent paylanmasının (n-2, n-müşahidə vahidlərinin sayıdır) sərbəstlik dərəcəsində tb-nin cədvəl qiyməti t0.05,33=2.042 olduğundan tb>t0.05,33 (6.306348>2.042) şərti ödənilir və sərbəst hədd modelə daxil edilir.
Xətti reqressiya əmsalının b-nin əhəmiyyətinin yoxlanılması x və y dəyişənlərinin korrelyasiya əmsalının əhəmiyyətinin yoxlanılmasına ekvivalentdir [4]. Xətti reqressiya əmsalının statistik əhəmiyyətinin qiymətləndirilməsi zamanı aşağıdakı qaydadan istifadə etmək olar:
Əgər 2
3>
Dostları ilə paylaş: |