Rəhbər: Aslanov Habil İcraçı: Alxasov Əfqan Mövzu


Qlobal iqtisadi problemlərin həllində beynəlxalq iqtisadi təşkilatların rolu



Yüklə 45,39 Kb.
səhifə3/3
tarix31.12.2021
ölçüsü45,39 Kb.
#113378
1   2   3
referat 489

Qlobal iqtisadi problemlərin həllində beynəlxalq iqtisadi təşkilatların rolu.

Qlobal iqtisadi problemləri həll etmək üçün 1968 – ci ildə “Roma Klubu” yaradılmışdır. Bu kluba 30 ölkənin 100 – dən artıq elmi – ictimai xadimi və işgüzar adamları daxildir. Roma klubu alimlərinin fikrincə qlobal problemlər insanın təbiətdən daha qəddarcasına istifadə etməsinin, ETT – nin daha çox mənfəət götürmək məksədlərinə tabe edilməsinin, ekoloji tarazlığın pozulmasının, ictimai inkişafa kortəbilik və təsərrüfat quruculuğunda pozğunluq, uzun zaman davam edən müstəmləkəçilik siyasətinin hərbiləşmənin və s nəticəsidir. Başqa sözlə, müasir dövrün qlobal problemləri – XX əsrin ikinci yarsındakı sosial – iqtisadi inkişafın və elmi – texniki tərəqqinin kortəbiiliyi və qeyri bərabərliyinin təbii – tarixi nəticəsidir.

Sivilizasiyanın qlobal iqtisadi problemləri ətraf mühitin qorunması, təbii ehtiyyatların düzgün və səmərəli istifadəsi və bərpa olunması üzrə kompleks tədbirlərin işlənib hazırlanmasını tələb edir. Bu cür qlobal iqtisadi problemlər beynəlxalq aləmdə olan dövlətlərarası əlaqələr səviyyəsində həll olunmalıdır. XX əsrin sonu bəşəriyyətin başını bir sıra təhlükələr almışdır. Lakin dövlətlərin, millətlərin və xalqların səyi nəticəsində beynəlxalq aləmdə sülhü qoruyub saxlamaq sahəsində xeyli iş görülmüşdür, sülh qüvvələrinin potensialını artmışdır. Bu potensial sülhün qorunub saxlanmasında, sürətlə silahlanmanın dayandırılmasında həyata marağı qalan Avropa, Asiya, Afrika və Latın Amerikası dövlətlərinin böyük əksəriyyəti siyasətdir. Sülh üçün törətdiyi təhlükə nə qədər böyük olsa da, qarşısıalınmaz dünya müharibəsi labüdlüyü yoxdur. Müharibənin qarşısını almaq, bəşəriyyəti fəlakətdən qorumaq mümkündür. . Hal – hazırda dünyanın 170 yaxın dövləti nüvə silahını yaymamaq barədə beynəlxalq anlaşmaya qoşulmuşdur. Buna nəzarət və məksədlərdə istifadə üçün nüvə tədqiqatlarının nəzarətini Beynəlxalq Atom Enerjisi Agentliyinə həvale etmişdir. BAEA BMT – yə bağlı və tabe mütəxəssis vahidi kimi fəaliyyət göstərir. Bundan başqa nüvə silahına malik olmayan, ancaq lazımi texnoloji avadanlığa malik olan Almaniya və Yaponiyanın “Nüvə Klubu”na daxil edilməsi əsas məsələlərdən biridir.

XX - əsrin iqtisadçı alimləri “torpağın münbitliyi azalıb” “maddi ehtiyyatlar tükənir” ideyalarına qarşı çıxış edirlər. Məhşur Brazilya iqtisadçılarının hesablamalarına görə hazırda bəşəriyyət 6,5 milyard torpaq sahəsi becərə bilər. Lakin indi cəmi 800 milyon hektardan bir az artıq torpaq sahəsi becərilir.

Rus alimi L.İ.Prosolov isə göstərir ki, elmi – texniki inqilabın bütün imkanlarından faydalanmaqla qurunun 2/3 hissəsini yaxud 11 milyard hektara qədərini yararlı vəziyyətə gətirmək mümkündür.

Qlobal demoqrafik problemlərin həlli həm sosial – siyasi , həmdə elmi – texniki amillərlə vəhdətdə öyrənilməlidir. Bunun üçün isə bütün dünya ölkələrinin aydın fəaliyyət proqramı olmalıdır və birgə fəaliyyət təmin edilməlidir.

Müasir qlobal problemlərin biri insanın fiziki və mənəvi sağlamlığının təmin edilməsidir. Hədsiz kimyəvi maddələri, gübrələrin, dərmanların işlədilməsi, ağır informasiya axını urbanizasiya prosesi və s insan sağlamlığına, yaradıcılığına, psixikasına olduqca mənfi, dağıdıcı təsir edir.

Bəşəriyyətdə bütün maddi və mənəvi mədəniyyətin, ictimai formalarının yaradıcı və qoruyucu insandır.

Rabindaranat Taqorun dediyi kimi: “insan dünyaya ona görə gəlir ki, dərk olunmayanı dərk etsin, əldə olunmayanı əldə etsin”


Nəticə.

Qlobal iqtisadi problem son dövlərdə, müxtəlif alimlər tərəfindən verilmiş bütün təriflərində sanki qırmızı iplə eyni bir fikir keçir: bu ayrı-ayrı insanların və cəmiyyəti düşündürən bir problemdir.Aydındır ki, cəmiyyət üçün son dərəcə vacib olan bu problem özünə müxtəlif dövrün görkəmli alim və mütəxəssislərini hər zaman cəlb edib. Lakin həqiqətdə, onu tədqiq edən mütəxəssis və alimlərin sayı bu problemlərin sayının çox cüzi hissəsini təşkil edir.

Bunlaradan biri odur ki, insanlar qlobal iqtisadi problemlərin böyüklüyü lazımınca qiymətləndirmirlər.

Yuxarıda dediklərimizi nəzərə alaraq belə bir nəticəyə gəlmək olar ki, qlobal iqtisadi problemlərin həlli və cəmiyyətin təsərrüfat həyatını və burada dünyada insanların həyat fəliyyətinin yaxşı olmağının yollarını öyrənir.

Qlobal iqtisadi problemlər bir proses kimi insanların mövcudluğunu, inkişaflarını, onlar gündəlik həyatlarını düşündürən bir məsələdir. Amma onun ilk növbədə ən mühüm anlayışı insanın həyatının təsərrüfat sferasındakı davranışına təsir edən sövqedici motivlərdir. Hərçənd ki, ən qabiliyyətli ixtiraçı və təşkilatçıların bu işə öz qüvvələrini sərf etmələrinə baxmayaraq, bu gün qlobal problemlər öz həllini tapmamaqla yanaşı öz təsir dairəsini artırmışdır.
Ədəbiyyat.

A.Şəkərəliyev Beynəlxalq iqtisadi münasibətlər və dünya iqtisadiyyatı.

C.kərimov. A.Orucov. Beynəlxalq iqtisadi münasibətlər.

C.kərimov. A.Orucov. H.İsrafilov. Dünya iqtisadiyyatı.




1

Yüklə 45,39 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin