Rəhbər: Aslanov Habil İcraçı: Alxasov Əfqan Mövzu



Yüklə 45,39 Kb.
səhifə1/3
tarix31.12.2021
ölçüsü45,39 Kb.
#113378
  1   2   3
referat 489


AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

BAKI DÖVLƏT UNİVERSİTETİ



BEYNƏLXALQ HÜQUQ və BEYNƏLXALQ MÜNASİBƏTLƏR fakultəsinin GİT ixtisasının 2-ci kurs tələbəsi Alxasov Əfqanın Beynəlxalq iqtisadi münasibətlər fənnindən

KURS İŞİ

Rəhbər:Aslanov Habil

İcraçı:Alxasov Əfqan


Mövzu:Qlobal iqtisadi problemlər və onların həllində beynəlxalq iqtisadi təşkilatların rolu.
Plan:

Giriş.


Qlobal iqtisadi problem anlayışı.

Müasir qlobal iqtisadi problemlərin həlli yoları.

Qlobal iqtisadi problemlərin həllində beynəlxalq. təşkilatların rolu.

Nəticə.


Ədəbiyyat.

Giriş.

" Qlobal iqtisadi problemlər və onların həllində beynəlxalq iqtisadi təşkilatların rolu” kurs işinin mövzusunun aktuallığı ondan ibarətdir ki, ”Beynəlxalq iqtisadi münasibətlər ” kursunu düzgün qavramaq üçün qlobal iqtisadi problemlər və onların həllində beynəlxalq iqtisadi təşkilatların rolunu tapmalıyıq. İlk baxışdan sadə görünən bu məsələ haqqındaki bu suala alimlər və bu sahədə çalışan mütəxəssislər müxtəlif cür izahlar və təriflər verirlər.

"Beynəlxalq iqtisadi münasibətlər" elmi dünyanın diqqətini cəlb edən məsələlərdən olan qlobal iqtisadi problemlər məsələsini tədqiq edir. Başqa sözlə, bu elm insanların normal yaşaması üçün ən optimal variantını seçmək yolu ilə məşğuldur. İş burasındadır ki, hal-hazırda bütün dünyada qlobal iqtisadi problemlər sürətlə artmaqdadır. Bundan əlavə insanlar həm sayca artır, həm də cəmiyyət inkişaf etdikcə qlobal iqtisadi problemlər daha da kəskin forma almağa başlayır. Yaşadığımız mühiti düzgün dərk edib qiymətləndirmək üçün ən yaxşı yol bu məsələni öyrənməkdir. İndi içərisində yaşadığımız dövrün bütün çətinliklərinin, ziddiyyətlərinin kökü qlobal iqtisadi problemlərin artması ilə bağlıdır. Bütün bu çətin və böhranlı illərdən çıxmağın yeganə yolu dünyada iqtisadiyyatı, onun əsasında da elmi, təhsili, mədəniyyət və mənəviyyatı dirçəldib inkişaf etdirməkdir. Müasir dövrdə əgər insan ümumi inkişaf qanunlarını dərk etməyibsə və Beynəlxalq iqtisadi münasibətlər elminə yiyələnmiyibsə, o özünü təhsilə və mədəniyyətə yiyələnmiş hesab edə bilməz.

Bu kurs işində əsas məqsədim qlobal iqtisadi problemlər və onun həllində beynəlxalq təşkilatların rolunu tədqiq etməkdir.

Kurs işi giriş hissə, üç fəsil, nəticə və ədəbiyyat siyahıları kimi hissələrdən ibarətdir.

Birinci fəsildə Qlobal iqtisadi problem anlayışına toxunulur.

İkinci fəsildə bu günkü günümüzdə mövcud olan qlobal iqtisadi problemlər haqqında ümumi məsələlərə toxunulur.

Üçüncü fəsil özündə qlobal iqtisadi problemlərin həllində beynəlxalq təşkilatların rolu məsələlərini birləşdirir.

Nəticə hissəsində üç fəsildə toxunulan mövzulara dair araşdırmalardan gəldiyim nəticələr, yekun fikirlərim göstərilir.

Əslində qlobal problemlər bir başa olaraq beynəlxalq iqtisadi münasibətlərin tərkib hissəsinə daxil deyildir. Lakin adından da məlum olduğu kimi, bu problemlər bu və ya digər mənada daha geniş miqyasa malik olduğu üçün və birdən-birə qrup dövlətri, regionları, bebliklə demək olar ki, bütün dünyanı əhatə etdiyinə görə, bu problemlərin həlli bütün beynəlxalq aləmi maraqlandırmalıdır. Bu mənada həmin problemlərin həllində beynəlxalq ictimai-iqtisadi münasibətlərin səviyyəsi böyük rol oynamalıdır.

Qlobal problembrin daha çox kəskinləşməsi barədə ilk müzakirələr 1960-cı illərdən başlanmışdır. Bu problemlər elmi ədəbiyyatların gündəliyinə «qlobalistika» anlayışı kimi daxil olmuşdur. Beynəlxalq iqtisadi tədqiqatların xüsusi bir istiqamətini əks etdirir. Ümumiyyətlə, qloballaşma prosesinin tərəfdarları və əleyhinə olanlar arasmda fikir müxtəlifliyi mövcuddur. Lakin bu prosesi artıq geri döndərmək mümkün deyildir. Bu barədə müəyyən nəzəri müddəalar da maraq doğurur. Belə ki, qloballaşma barədə ilk dəfə Amerika alimi T.Levit «Bazarların qloballaşması» məqaləsi ilə çıxış etmişdir. Bu prosesi «yeni kommersiya reallığı» adlandırmışdır.

Sonra bu fikir Harvard biznes məktəbinin nümayəndələri tərəfindən inkişaf etdirilmişdir. Bu məktəbin məsləhətçisi Keniçi Ome yazırdı ki, hazırda ayrı-ayrı ölkələrin iqtisadi millətçiliyi mənasızdır. Bu gün güclü «artist» rolu «qlobal firmalara» məxsusdur.

Filosoflar da qloballaşma prosesinə yanaşmada biganə qalmamışlar. Onlar göstərirlər ki, Alman filosofu İmmanuil Kant dünyanın əbədiliyi və vahid təhsil barədə fikir irəli sürmüşdür.

EIəcə də Fransa tarixçisi F.Brodelin belə bir fikrini qeyd etmək maraqlıdır ki, bu günki qloballaşma prosesi birbaşa olaraq kapitalın beynəlmiləlləşməsinin davamıdır. Brendel həmin dövrü (Genuya, Hollandiya, İngiltərənin misalında) Avropa kapitalizminin bərqərar olması dövrü adlandırırdı.

Müasir dünyanın iqtisadiyyatı uzun müddət müxtəlif qüvvə və cərəyanların təsiri altında mürəkkəb və zəif balansa əsaslanırdı. Qeyri-sabit müvazinətlik hökm sürürdü. Son on illiklərdə dünya təsərrüfatı vahid orqanizm şəkli almağa doğru inkişaf etmişdir. Müasir dövrdə bir çox proseslərin baş verməsi, milli mənafelər zəminində toqquşmalar, müxətlif təsərrüfat strukturlarının yaradılması, iqtisadi qarışıqlığın yeni üsulları daha yüksək dünya iqtisadi birliyinin formalaşmasına yol açır. Müasir dövrün problemlərı dedikdə, tərksilah, istilik-nüvə fəlakəti qorxusu, ətraf mühitin tələf olması, qorxulu xəstəliklər, həyat şəraitinin kütləvi olaraq pisləşməsinin güclənməsi və sairəni nəzərdə tutmaq olar. Bütün dünyada bu kimi problemlərin kəskinləşməsi onlarm həlli barədə qüvvələrin birləşdirilməsi zərurətini irəli sürür, sivil xalqların ittifaqının yaradılmasmı zəruri edir. Onlarm birlikdə optimal inkişaf variantları işləmək, şəxsiyyətin, dövlətin, cəmiyyətin mənafelərinin əlaqələndirilməsini nəzərdə tutmaq hallarının vacibliyi özünü göstərir. Müasir dünya təsərrüfatında bir çox ümumi, yerli (məhdud), qlobal, milli mənafelərin qarşılıqlı əlaqə və asılılığı daha da güclənir. Beləliklə, müasir dünya təsərrüfatındakı iqtisadi problemlərin mürəkkəbliyi və kəskinliyi, sivilizasiyanm tipi, məhsuldar qüvvələrin səviyyəsi və xarakteri ilə şərh olunur.

İnsan cəmiyyəti qarşısında duran ilkin plan ondan ibarətdir ki, yer kürəsi üzərində sülhün saxlanılması, kimyəvi, bakterioloji, istilik nüvə müharibələrinə yol verməmək, yerli və qlobal silahlı toqquşmaları dayandırmaq, hər tərəfli əlaqələri genişləndirmək. Ən böyük problemlərdən biri də ətraf mühitin pisləşməsinin qarşısmın alınması və kosmosun, dünya okeanı ehtiyatlarımn birgə istifadə edilməsinə nail olunmasıdır. Ölkələrin istilik-enerji və eləcə də xammal ilə təchiz edilməsi qayğısı ərzaq probleminin həllinə çalışmaq, aclıq, kasıbçıhq, kütləvi xəstəliklərin azaldılması problemləri bircə fəaliyyət göstərilməsinə zərurət yaradır. Əmək bazann-da olan problemlər - məşğulluq, kütləvi işsizlik inkişaf etmiş və eləcə də inkişaf etməkdə olan ölkələri çox narahat edir.

Ümumi problemlər sırasmda insan hüququnun qorunma-sı, onun dövlət nəzarətindən azad edilməsi də mövcuddur.

Göstərilən bu kimi problemlər insan cəmiyyəti fəaliyyə-tinin bu və ya digər tərəflərini əhatə edir və ona görə də onların həllinə kompleks yanaşmağı qarşıya qoyur. Buradan da dövlətlər arasinda yaranmış siyasi və iqtisadi münasibət-lərin yenidən qurulması zərurəti meydana çıxır.

Dünyada beynəlxalq fikir birliklərinin, inteqrasiya yolu ilə ayrı-ayrı ölkələrin ümumdünya iqtisadi kompleksinin ya-radılması, vahid bazar məkanının yaradılması, ticarət azad-lığına yol açılması və s. problemlərin həlli əsas götürülür.

Müasir dünyanın qarşılıqlı asılıhq problemlərini bir-birini tamamlayan iki səpkidə araşdırmaq olar. Bir tərəfdən diinya-da qloballaşma, digər tərəfdən isə regionlaşma prosesi gedir. Qloballaşma prosesi siyasətində, iqtisadiyyatda, ekologiya-dakı qarşılıqlı əlaqələrin keyfiyyətcə daha yeni cəhətləri (vəziyyəti) əks etdirir.

Ticarət-maliyyə münasibətlərinin inkişafından doğan, informasiya və rabitə vasitələrində inqilabı əks etdirən bu meyl 1990-cı illərdən dünya təsərrüfatının qlobal səviyyədə tənzim edilməsi zərurətini yaradır. İkinci meyl və yaxud cəhət ondan ibarətdir ki, ayrı-ayrı ölkələrin və qrupp ölkələrin dünya iqtisadiyyatında mövqeyi, xüsusi çəkisi, rolu necədir.

Beynəlxalq iqtisadi liderlikdə ABŞ-m rollu nisbətən aza-lır. Asiya və Latm Amerikasınm birinci və ikinci nəsli hesab olan yeni sənaye ölkələri (YSÖ) yaranır, yeni iqtisadi tə-fəkkürdə - Çin, şərqi Avropa ölkələri, MDB ölkələri diqqəti cəlb edir. Siyasi və iqtisadi təsir dairəsini bölüşdürən iki regional iqtisadi bloklar, zonalar formalaşır.

2. «TərksiIah iqtisadiyyatı»nda beynəlxalq əməkdaşlığın perspektivləri

Yer üzündə sülhün saxlanılması qlobal iqtisadi problem-lərin həlli şərtlərindən biri hesab olunur. Məlumdur ki, inkişaf etmiş ölkələrin demək olar ki, hamısmda hərbi-səna-ye kompleksi mövcuddur. Burada hərbi sursatlar və hər-biçilərin saxlanılmasma hesaba gəlməyəcək dərəcədə xərc çəkilməsi lazım gəlir.

Bütün bu xərcləri sülh zəminində insanların xoşbəxtliyi-nə, xidmətinə sərf edilməsinə yönəltmək üçün sadəcə olaraq müəyyən dəyişikliyi nəzərdə tutan nəzəriyyə deyil, «hərbi-sənaye kompleksinin dağılması sökülməsi iqtisadiyyatı» nəzə-riyyəsi işləyib hazırlamaq lazımdır. Bu problemin aktualhğı şəksizdir, lakin həlli yolları çox mürəkkəb və müxtəliflik təşkil edir. Çünki burada da çoxmilyonlu hərbiçilərin məna-feyi meydana çıxır. Onlar mülki sahədə işləyənlərə nisbətən daha yaxşı şəraitə malik olub, yüksək əmək haqqı ahrlar. Bu kimi silahlanma nəinki ancaq özünün maddi infrastruk-turuna görə milliləşdirmənin öaşqa cəhətlərinə görə də mülki cəmiyyəti özünə tabe edibdir. Ona görə də hər cür hərbi istehsalm dayandınlması ayrı-ayrı dövlətlərin və təbə-qələrin mənafeyinə toxunur. Kütləvi qaydada hərbi texnika istehsal etməsi və öz qoşunlarına, əməkdaşlarına satması yolu ilə ABŞ, keçmiş SSRİ və digər ölkələr özlərinə sabit milli iqtisadiyyat yaratmışlar. Məsələn, SSRİ hər il 12 milyard dollar dəyərində silah ixrac edirdi.

Beləliklə, hazırkı şəraitdə iqtisadi, siyasi və hərbi-strateji mənafelərin qovuşması «tərksilah iqtisadiyyatı»nı irəli sürür ki, bu da müasir dövrün qlobal problemlərində həlledici rol oynayır.

Dünya praktikasmdan məlumdur ki, bəzi ölkələr - xüsu-silə Skandinaviya ölkələri (Danimarka, İsveç, Norveç, Finlan-diya), Yaponiya və s. ölkələr hərbi xərclərin azaldılması yolu ilə çox yüksək iqtisadi artıma nail ola bilmişlər. Aydındır ki, tərksilah problemində hərbiçilərin işsizlər ordusunun artması yeni problem kimi meydana çıxa bilər. Lakin onu da nəzərə almaq lazımdır ki, Böyük Britaniya, ABŞ, Almaniyada aparılan tədqiqatlardan məlum olur ki, hərbi istehsalda bir iş yeri üçün zəruri olan kapital qoyuluşu mülki sahədəkindən dörd dəfə artıqdır.

ABŞ konqresinin büdcə burosunun məlumatlarına görə hərbi ehtiyaclara sərf edilən hər bir 10 mlrd. dollar mülki sahədəkinə nisbətən 40 min az iş yeri yaradır. Yəni həmin xərcin sülh məqsədli istehsala sərf edilməsi hərbi sahədəkin-dən 40 min çox iş yeri yarada bilir. Onu da qeyd etmək la-zımdır ki, son vaxtlar bəzi alimlər iddia edirlər ki, hərbi-elmi tədqiqatlar da öz növbəsində elmi-texniki yüksəlişə zəmin yaradır. Müəyyən mənada doğrudan da bəzi tədqiqatlar təy-yarə, hesablama texnikası və s. sahələrdə texnoloji yeniliklər yarada bilirlər. Lakin bunlar çox baha başa gəlirlər. BMT məlumatlarına görə bu yeniliklər elm və texnikanm inkişa-fına stimul yarada bilmirlər. Yenə də BMT-nin məlumatma görə hərbi elmində aparılan tədqiqatlarm ancaq 20%-i sülh məqsədi ilə istifadə edilə bilir. Həmin 20% tədqiqatla isə alim və mühəndislərin 40%-i məşğul olur ki, bu da açıq sübut edir ki, iqtisadiyyatm və elmin hərbiləşdirilməsi ETT üçün təkan deyil, maneədir. Bütün bunlar keçmiş SSRİ-nin iqtisadiyyatmda özünü daha güclü göstərmiş və müasir böhrana gətirib düçar etmişdir.

Alimlər tərəfindən hesablanmışdır ki, 1980-ci illərin əv-vəllərinə bir ildə silahlanmaya sərf olunan xərclər 150 mil-yon hektar torpağm süvanlmasına kifayət edərdi ki, bunun-la da 1 mlrd. adamı yedirtmək mümkün olardı. Və yaxud başqa müqayisə vermək olar. Həmin xərc hesabına bir ildə 100 milyon mənzil və yaxud 500 milyon adamı təmin edə bi- ləcək müasir mənzil tikmək olardı. Həmin xərc ilə həmçinin 650 mln. uşağın oxuya biləcəyi bir mln. məktəbi inşa edib təchizatı ilə işə salmaq olardı.

Yenə də hesablamalar göstərir ki, bütün dünyada aclığm, qorxulu xəstəliklərin qarşısmı almaq üçün, savadsızhğı ara-dan qaldırmaq üçün müasir dövrdə mövcud olan hərbi xərc-lərin 8-10%-i kifayət edir. Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun (BSTİ) hesablamalarına görə silahlanmanm ixtisara salmması nəticəsində 1990-cı illərdə inkişaf etmiş ölkələrdə 1500-2000 mlrd. dollar gəlir əldə etmək olur ki, bu vəsaitin də bir qismi hərbi istehkamlarm məhv edilməsinə, işdən azad olunmuş hərbi qulluqçularm yenidən hazırlan-masına, bir hissəsi isə beynəlxalq əməkdaşhğm inkişafı üçün fəaliyyət göstərən Birləşmiş millətlər Təşkilatı (BMT), Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı - BYİB, Bey-nəlxalq Valyuta Fondu, BMT-nin təhsil, elm və mədəniyyət üzrə olan təşkilatı - YUNESKO və sairə kimi beynəlxalq institutlara keçirilə bilər.

3. Ekoloji, xammal və ərzaq böhranınm həll edilməsinin iqtisadi əsasları

yer üzündə fiziki, kimyəvi, meteoroloji şəraitin dəyişməsi, bioloji müxtəliflik və s. ekoloji problemi qlobal problemlər sırasına daxil etməyə zərurət yaradır. Bəzi alimlər haqlı ola-raq belə hesab edirlər ki, təhlükəsizlik konsepsiyası ancaq hərbi toqquşmalarla izah olunmur. Burada kasıbçılığm və ətraf mühitin korlanması daha dağıdıcı gücə malikdir.

Dünya təsərrüfatmm inkişafmm yeni mərhələsinin əsas əlamətlərindən biri ondan ibarətdir ki, bu proses bütün planetin ekoloji vəziyyəti ilə müqayisə edilir. Çox ibrətamiz haldır ki, son illər qərbdə iqtisadi inkişaf-da ekologiya problemi dövlət və xüsusi sahibkarlıq səviy-yələrində, onlarm fəaliyyətinin əsas istiqamətinə çevrilibdir.

80-90-cı illərdən müxtəlif ictimai hərəkatlar əsash surətdə güclənibdir. Bu hərəkatlar içərisində şəhər enviromental hə-rəkatı deyilən bir hərəkat böyük rol oynamağa başlamışdı.

Environıental - ingilis sözündən götürülmüşdiir, tərcüməsi ətraf mühit deməkdir. Həmin hərəkat anlayışı ekoloji an-layışdan daha genişdir. Bu anlayış özündə təbiətin qorun-ması və müasir cəmiyyətdə sosial mühitin humanistləşməsi məqsədini güdən sosial təşəbbüs və hərəkatlarm məcmusunu əks etdirir. Bizim dildə bu anlayışm oxşarı olmadığma görə sadəcə olaraq ekologiya və ekoloji hərəkat anlayışı işlədilir.

Ekologiya probleminə diqqət son vaxtlar o dərəcədə ge-niş artmışdır ki, onu bütünlükdə insanhğın yaşaması, bütün canh aləmin qorunub saxlanması ilə bərabər tuturlar.

Hazırda bütün yer kürəsinin əhalisi təqribən 6,5 mlrd.

nəfər təşkil edir. Bu tükənmiş təbii sərvətlərdən və enerji

ehtiyatlarından 3 dəfə çoxdur. Məhz həmin bu təbii sərvətlər

və enerji ehtiyatları 100 ildən sonra da insanları ərzaq və

istiliklə təmin edəcəkdir. YUNESKO-nun məlumatlarma

görə insanlar bioloji mühit dairəsinə; tsiklinə daxil olmaq

üçün normal həyat üçün ən azı 10 dəfə azalmahdır. Və

yaxud 10 dəfə az istehlak etməlidir. Hesablamalar göstərir

ki, insanlarm istehlak etdiyi enerjinin cəmisi 0,1 %-i b.ərpa

oluna bilər. Deməli, ancaq 500 mln. adam adi, normal şə-

raitdə yaşaya bilər (yaşayış üçün mövcud biosfera - məhz

500 mln. nəfərə imkan verə bilir).

Bir çox tədqiqatçılar müasir dövrdə olan ekoloji böhranı iki mln. il bundan əvvəl mövcud olan qədim daş dövründəki vericilik sənədləri hazırlamışdır. Bu sahədə Şimal dənizi və Beynəlxalq dəniz təşkilatı kimi dövlətlərarası təşkilatların, birliklərin fəal rolunu və hazırladıqları tədbirlərin proqram-larm böyük rolunu qeyd etmək olar.

Hesablamalar göstərir ki, ildə orta hesabla dünya okea-nına 20 mlrd.ton zərərli vasitələr axıdılır. Aralıq dənizinə ildə 1 mln. ton karbohidrat, 600 min ton yuyucu vasitələr, 100 min ton civə axıdılır.

Dünya ictimaiyyətini narahat edən ən böyük problem-lərdən biri də kosmosun sürətlə fəth edilməsi, mənimsə-nilməsidir. Kosmik gəmilərin işə salmması və istifadə edil-məsində çoxlu bərk tullantılar yaranır, fəzada zərərli tul-lantılar yığılır və bunlar nəinki, kosmik gəmilərin, hətta təy-yarəçilərin qəzaya uğramasına səbə olur.

Yer kürəsindəki bu ekoloji böhranın, ətraf mühitin sürətlə çirklənməsinin qarşısınm almması məqsədi ilə Avropa, YUNESKO bu sahədə ümumdünya proqrammı yerinə yeti-rən «yaşıl dəbilqə» (dəmir papaq) qruppu yaratmağı təklif edir. Son illər Avropa şurası öz fəaliyyətində ekologiyanı öz daimi obyektinə çevirmişdir. Qabaqcıl millətlərin öz iqti-sadiyyatmı inkişaf etdirməkdə insan və təbiətin harmoniyası istiqamətində Avropa şurası bir çox tədbirlər görmüşdür. Bu tədbirlərə aşağıdakıları aid etmək olar:

təbiətin qorunması üçün həmin sahədə tətbiq olunan vergi sistemində müəyyən güzəştlər edilməsi;

enerji və ehtiyatlara qənaət yarada bilən texnologiya işləyib hazırlanması və mənimsənilməsi;

tullantılardan istifadə edilməsi;

istilik yanacağı ilə havaya karbon qazınm yayılmasmın qarşısmı almaq üçün müəyyən texniki yollar axtarmaq və s. Qeyd etmək lazımdır ki, son vaxtlar ABŞ-da çox hər-tərəfli geniş iqtisadi proqram hazırlanmışdır ki, bu proqram bütün sənaye dünyası üçün model təşkil edə bilər. Burada 90-cı illərin ortalarmdan aerozoldan istifadənin qadağan edilməsi, şəhər parklarındakı yaşıllıqların ucunu kəsən maşm-larda benzin işlədilməməsi, avtonəqliyyatm ekoloji cəhətdən təmiz yanacağa və yaxud elektriklə işləməyə keçirilməsi, içməli sularm sanitar-səhiyyə normalarma cavab verəcək dərəcədə təmizlənməsi və s. nəzərdə tutulur. 1990-cı illərdən ekoloji cəhətdən təmiz avadanlıqlara əsaslanan perspektiv beynəlxalq bazar yaradılması müddəaları irəli sürülür.

Qeyd etmək lazımdır ki, iqtisadi inkişafm yeni ekoloji tabe etdirilməsi yerıi istehlak fəlsəfəsi yaradılmasına zəmin hazırlayır: ekoloji cəhətdən təmiz ərzaq məhsulları istehla-km artması, mənzilə olan yeni tələbat, tələbatda bəzi könül-lü şüurlu məhdudiyyətlik, heyvanlarm müdafiəsinin inkişafı (ət yeməkdən, xəz geyinməkdən imtina və s.). Lakin göstər-mək vacibdir ki, istehlak və istehsal üzrə həyata keçirilən bu gür yeni model hələki, bir neçə inkişaf etmiş ölkə çərçi-vəsində yayıla bilir. Bu ölkələrdə yaşayan əhali dünya əha-lisinin 20%-ni təşkil edir.

Bir çox dövlətlərdə sənayeləşdirmə demək olar ki, köhnə, primitiv qaydalarda aparılır ki, burada da onun acı nəticə-ləri nəzərə almmır və beləliklə, dünya sivilizasiyasmı təhlükə altında qoyur. Odur ki, dünya iqtisadi inkişafmm ekolo-giyası missiyası bütünlükdə inkişaf etmiş dövlətlərin üzərinə düşür. Şimal-cənub dövlətlərinin iqtisadi, maliyyə, texniki problemlərinin əlaqələndirilməsi həyata keçirilir. Qərb döv-lətləri «üçüncü dünya» adlanan dövlətlərə verdikləri borcla-rmın faizinin azaldılması, onlara texniki, maliyyə, hüquqi yardımlar göstərilməsi yolları ilə köməklik edirlər. Iqtisadiyyatın inkişafi, dünya sivilizasiyasının gələcək ad-dımları, müvəffəqiyyətləri enerji və xammalla təmin olun-madan qeyri-mümkündür. Aydındır ki, enerji ehtiyatları və xammal mənbələri heç də hər yerdə bərabər mövcud deyildir. İstər təbiətin bəxş etməsi baxımından və istərsə də insanların məhsuldar əməyinin nəticəsi baxımından zəngin faydalı qa-zıntılar, enerji ehtiyatlarının varlığma görə varlı və kasıb dövlətlər qonşuluq edirlər. Bu cəhət həmin dövlətlər arasında qarşılıqh münasibətlərin xarakterinə təsir edir, məhsuldar qüwələrin inkişaf səviyyəsini göstərir. Son on illiklərdə bərpa oluna bilməyən, çətin təkrar oluna bilən faydalı ehtiyatlar, ənənəvi enerji ehtiyatlannın istehlakı daha da artmışdır.

Enerji, istilik və xammal böhranının kəskeinləşməsində iri inhisarçı ölkələrin iqtisadi siyasəti də böyük rola malikdir.

Hazırda sənayecə inkişaf etmiş dövlətlərdə hər nəfər hesabı ilə istehlak olunan enerji Afrika ölkələrindəki həmin göstəricidən 85 dəfə artıqdır. Həmçinin qeyd etmək lazımdır ki, elmi texniki tərəqqinin ardıcıl inkişafı özlüyündə inkişaf etmiş ölkələrdə daha çox enerji və xammala olan tələbatın artması özlüyündə planetdə ekoloji vəziyyətin pisləşməsinə səbəb olur. Son 100 ildə mineral ehtiyatların çıxarılması 30 dəfə artmışdır. Bu proses istər-istəməz ətraf mühitin çirk-lənməsi ilə nəticələnərək təbiətə ciddi zərər vurmuş və eko-loji müvazinətliyi pozmuşdur.

Hazırda cəmiyyətin enerjiyə olan tələbatımn ödənilmə-sində başqa mənbəələrdən küləkdən, günəşdən, dəniz suyu-nun qabarmasmdan alman enerjidən istifadənin artmasına üstünlük verilir.

Qlobal problemlərdən biri də ərzaq çatışmamazlığıdır. Ekspertlərin hesablamalanna görə insanların ərzaq məhsulları ilə təchiz olunması üçün kənd təsərrüfatı üzrə elm və istehsahn hazırki inkişaf səviyyəsini qənaətbəxş hesab etmək olmaz. İnsanların ərzaq məhsullarına olan tələbatını ödə-mək üçün istehsal üç dəfə artmahdır. Ona görə də bioloji texnologiyanm sürətlə artırılması tələb olunur. Bu gün bir kalori ərzaq istehsahna 10 kalori enerji sərfı yol verilməz hal kimi qeyd edilir.

Hesablamalar göstərir ki, dünya üzrə yaxın 25 ildə torpağın eroziyalaşması bütünlükdə istehsahn həcminin 20 faiz azalmasına, neft, qaz, uran ehtiyatlarımn isə 2100-cü ilədək praktiki olaraq tükənməsinə səbəb olacaqdır. Bu sahədə Azərbaycanda da torpaqlarm özəlləşdirilməsi probleminin səliqəsiz aparılması, əslində torpağın sahibsizləşdirilməsi onun ciddi şorlaşmasını, tam yararsız hala düşməsini də qeyd etmək lazımdır. Ərzaq məhsulları ilə təmin olunma baxımından dünya üzrə dörd xüsusi zona ayırmaq olar:

Birinci sənayecə inkişaf etmiş ölkələr: Bura Qərbi və Şimali Avropa ölkələri, yəni müvafiq olaraq Almaniya, Belçika, Böyük Britaniya, İrlandiya, İspaniya, Fransa, Lük-semburq, Kanada, Meksika, ABŞ və Yaponiya daxil edilir. Bu regionlarda yüksək keyfiyyətli ərzaq məhsulları boldur.

İkinci zonaya Cənubi Avropa və Yaxm Şərq ölkələri, yəni Cənubi Avropadan İtaliya, Portuqaliya, Yuqoslaviya, Yu-nanıstan və s. Yaxın Şəqdən isə İsrail, Səudiyyə Ərəbistanı, BƏƏ, Qatar, Bəhreyn, Küveyt və s., Latın Amerikasımn bir çox ölkələri - Argentina, Boliviya, Braziliya, Kolumbiya, Meksika, Nikaqaura, Panama, Peru, Uruqvay, Ekvador və s., Afrikamn qərb ölkələri - Tunis, Əlcəzair, Mərakeş, Livi-ya, Mavritaniya və s. eləcə də 1967-ci ildə yaradılmış cənubi-şərqi Asiya ölkələrinin siyasi-iqtisadi birliyinə daxil olan İn-doneziya, Malayziya, Sinqapur, Tailand, Fılippin və Bruney daxildir. İkinci qruppa daxil olan ölkələrdə ərzaqla təmin olunma səviyyəsi BMT-nin ümumdünya səhiyyə təşkilatının müəyyən etdiyi normalara yaxmdır.

Üçüncü qrupa Şərqi Avropa ölkələri - Bolqarıstan, Ma-canstan, Polşa, Rummya, Slovakiya, Slovenya, Xorvatiya, Çexiya və s. keçmiş SSRİ, eləcə də Hindistan, Misir, İn-doneziyanı daxil etmək olar. BMT-nin Ümumdünya Səhiy-yə Təşkilatımn müəyyən etdiyi normativlərə görə bu ölkə-lərdə hər nəfərə ərzaq məhsulları istehlakı norma daxilin-dədir və normadan az fərqlənir.

Dördüncü zonaya inkişaf etnıəkdə olan digər ölkələr da-xildir. Bu ölkələrdə nəinki ərzaq çatışmazlığı mövcuddur, hətta abhq höks sürür.

Qeyd etmək lazımdır ki, şərqi Avropa ölkələri və eləcə də SSRİ-yə daxil olan ölkələr yüksək keyfıyyətli məhsul isteh-salına nail olmaq və hətta ixrac etmək üçün hər cür real imkanlara malikdirlər. Bu ölkələrdən Macarıstan, Çexiya, Slovakiya ərzaq məhsulları ilə özlərini daha doğlun təmin edirlər. Bolqarıstan, Polşa, Runımya taxıla və ətə olan tələbatlarım əsasən kənardan gətirilən məhsullar hesabına ödəyirlər. Kuba və Vyetnam ətə olan tələbatmı demək olar ki, 80%-ni Monqolustandan alırlar. Son on illiklərdə Çİndə daha yüksək göstəricilər əldə edilir. O, praktiki olaraq özünü düyü, büğda, süd, meşəçiliyin bəxş etdiyi məhsullarla təmin edir. Bir çox göstəricilərə görə Şərqi Avropa dövlətlərin geri qalmır. Hətta təzə balıq, tərəvəz, meyvə istehlakına görə həmin ölkələrdən irəlidədir. Keçmiş SSRİ-nin əksər respub-likaları geniş əraziyə malik olub, müxtəlif iqlim zonaları mövcuddur. Bol bitkiçilik və heyvandarlıq məhsulları istehsah imkanları vardır. Lakin yeni ictimai iqtisadi sistemə keçidlə bağlı olaraq həmin respublikaların hamısı böhran vəziyyətindədirlər. Asiya ölkələrinin çoxunda, inkişaf etməkdə olan ölkələrin əksəriyyətində ərzaq problemi həll edilməz bir problemə çevrilibdir. Həmin ölkələrdə kənd təsərrüfatı əsas sahə olaraq qalır, elmi-texniki tərəqqinin üstünlüklərindən istifa-də edilmir, iqtisadi strukturlar zəifdir. Bitkiçiliyə sahibliyin və bitkiçilikdən istifadənin köhnə, geridə qalmış formaları, primitiv aqrotexniki metodlar əmək məhsuldarhğının artırıl-ması imkanlarından qat-qat geridir, əhali artımında isə bütün Avropanı qabaqlayır.

Beləliklə, bütün dünyada achqda korluq çəkənlərin sayı azalmaq əvəzinə sürətlə artır. Belə ki, achqdan korluq çə-kənlərin ümumi sayı 70-ci illərdə 400 mln., 80-ci illərdə 500 mln. nəfər təşkil etmiş, (Afrikada ərzaq böhranınm kəskin-ləşməsi ilə), 90-cı illərdə 700 mln. nəfərə çatmışdır. Əfsusla qeyd etmək lazımdır ki, bu proses daimi və kütləvi xarakter daşıyır, hazırda bu 820 mln. nəfərdir.

Bu kimi problemləri ancaq böyük, əsash sosial dəyişik-liklər həyata keçirmək, əsl, həqiqi, demokratik torpaq isla-hatı keçirmək yolu ilə həll etmək olar. Həmin ölkələrdə bu islahatm mahiyyəti, məzmunu ondan ibarətdir ki, az torpaq sahiblərinə torpaq verilməsi, torpaq sahələrinin yenidən • bölüşdürülməsinin həyata keçirilməsi. Həmin ölkələrdə cəmi becərilən torpaq sahələrinin 7-17% xırda təsərrüfatların əlindədir ki, bu da cəmi fermerlərin 90% təşkil edir. Böyük torpaq sahibləri kənd təsərrüfatı üçün istifadə olunan cəmi torpaq sahəsinin 37-82% malikdirlər ki, bu da həmin ölkələrdə olan təsərrüfatlarm 7%-nə bərabərdir.

Beləliklə, torpaq sahələrinin çoxu iri mülk sahiblərinin, tayfa başçılarının, zabitlərin, hərbi məmurların əlində cəmlənmişdir ki, onlar da həmin sahələrin təsərrüfatçılıq dövriyyəsinə cəlb olunmasına o qədər də maraqlı deyillər. 1980-ci illərin əvvəlinə inkişaf etməkdə olan ölkələrdə cəmi becərilən torpaq sahəsi 750 mln. hektara bərabər olmuş-dur ki, bu da inkişaf etmiş ölkələrindəkindən 40 mln. hektar və yaxud 1,8 dəfə artıqdır. İnkişaf etmiş ölkələrdə ərzaq məhsulları istehsalı isə həmin ölkələrdəkindən 25% artıqdır.

İnkişaf etməkdə olan ərzaq böhranının səbəbi yalnız aqrar münasibətlərindəki köhnəlik deyildir. Burada siyasi, iqtisadi, sosial, demoqrafik, aqrar-texnoloji, mədəni-etnik səviyyə və bu kimi müxtəlif, rəngarəng amillər çulgalaşır. Məhz bu problemlərə məcmu halında, vahid-bütöv şəkildə yanaşmaqla ərzaq məsələsini həll etmək olar.

Qlobal ərzaq probleminin həllində ərzaq böhranınm ara-dan qaldırılmasmda dünya ictimaiyyəti çox fəallıq göstərir. Belə ki, «üçüncü dünya» ölkələrinə güzəştli şərtlərlə və eləcə də əvəzsiz kredit verilir, köməklik göstərilir, ərzaqlarm gön-dərilməsində inhisarsızlaşdırma prosesi aparıhr, kasıb ölkə-lərə diqqət artırıhr, güzəştli şərtlərlə olan köməkliyin 80%-i məhz həmin ölkələrə göndərilir.

Dünya ərzaq proqramı çərçivəsində beynəlxalq fövqəladə fondıı bıı sahədə güclü iş aparır. Bu fondun həcmi 1976-cı ildəki 19 min ton taxıldan 80-ci illərdə 500-700 min tona çatdırılmışdır. Hazırda 2,0 mln. tondan artıqdır.

Beləliklə, qlobal ərzaq problemi ancaq aclıq və ya xud az yeməklə izah olunmur. Bu problem daha mürəkkəb və hərtərəfli xarakter kəsb edir. Ona görə də ancaq bıı sa-hədəki, beynəlxalq hərəkatların əlaqələndirilməsi ilə aclığı ləğv etmək, sabit ərzaq bazarı yaratmaq mümkündür.


Yüklə 45,39 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin