Rəhman, RƏHİm allahin adi iLƏ!


OXUNMASI ÇOX FAYDALI OLAN BƏZİ AYƏLƏR



Yüklə 23,89 Kb.
səhifə3/4
tarix10.01.2022
ölçüsü23,89 Kb.
#109762
1   2   3   4
OXUNMASI ÇOX FAYDALI OLAN BƏZİ AYƏLƏR

1. “Allahdan başqa, heç bir ilah yoxdur. O, Həydir (daima diridir), Qəyyumdur (hər şeyin Ona bağlı olduğu varlıqdır)! O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa, Onundur. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allahın elmindən, Onun Özünün istədiyindən başqa, heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. O, Əliydir (ucadır), Əzimdir (böyükdür)! Dində məcburiyyət yoxdur. Artıq doğruluq azğınlıqdan ayırd edildi. Tağutu inkar edib Allaha iman gətirən kəs, şübhəsiz ki, qırılması mümkün olmayan ən möhkəm bir qulpdan (dəstəkdən) yapışmış olur. Allah Eşidəndir, Biləndir! Allah iman gətirənlərin dostudur, onları zülmətlərdən çıxarıb nura tərəf yönəldər. Kafirlərin dostu isə Tağutdur. Onları nurdan ayırıb zülmətlərə salarlar. Onlar cəhənnəmlikdirlər və orada uzun müddət qalacaqlar!”1

2. “Allahdan başqa, heç bir ilah yoxdur. O, Həydir (daima diridir), Qəyyumdur (hər şeyin Ona bağlı olduğu varlıqdır)! Sənə özündən əvvəlkiləri təsdiq edən kitabı haqq olaraq O nazil etdi. Tövratı da, İncili də O endirdi. Daha öncə insanları hidayət etmək üçün. Fürqanı da O nazil etdi. ...”2

3. “Allah şahidlik etdi ki, Özündən başqa heç bir ilah yoxdur. Mələklər, haqq və ədalətdən ayrılmayan elm sahibləri də O Əzizdən (mütləq qüvvət sahibi), Həkimdən (hikmət sahibi) başqa, heç bir ilah olmadığına şahidlik etdilər. Allah yanında din İslamdır. Kitab verilmiş şəxslər ancaq bildikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa başladılar. Allahın hökmlərini inkar edənlərlə, şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəcəkdir”3.

4. “Allahdan başqa, heç bir ilah yoxdur. Olacağına şübhə edilməyən qiyamət günü hamınızı, əlbəttə, O toplayacaqdır. Allahdan daha doğru danışan kim ola bilər?!”4

5. “Əgər onlar üz döndərsələr, de: “Mənə təkcə Allah yetər. Ondan başqa, heç bir ilah yoxdur. Mən yalnız Ona təvəkkül etdim. O, böyük ərşin Rəbbidir!”5


Yüklə 23,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin