6. Ad qövmü isə uğultulu, çox siddətli bir küləklə tar-mar oldu.
7. Allah o küləyi yeddi gecə, səkkiz gün ardı-arası kəsilmədən onların üstünə əsdirdi. Belə ki, sən onları orada yıxılıb ölmüş görərdin. Onlar, sanki içi bomboş xurma kötükləri idilər.
8. İndi sən onlardan heç bir əsər-əlamət görə bilərsənmi?! (əl-Haqqa: 6-8). Əl-Fəcr surəsində deyilir:
6. Məgər görmədinmi ki, Rəbbin nələr etdi Ad qövmünə?!
7. Sütunlar sahibi İrəmə?!
8. Elə bir qövm ki, məmləkətlər arasında onun kimisi yaradılmamışdı.
9. (Məgər görmədinmi ki, Rəbbin nələr etdi) vadidə qayaları olan Səmuda?!
10. Eləcə də saysız-hesabsız ordular sahibi Firona?!