Rəhman və Rəhim olan Allahın adı ilə


«Onu vadilərinə tərəf üz tutub gələn bir bulud gördükləri zaman: “Bu bizə yağış yağdıracaq buluddur!” – dedilər...»



Yüklə 3,81 Mb.
səhifə108/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   104   105   106   107   108   109   110   111   ...   532
«Onu vadilərinə tərəf üz tutub gələn bir bulud gördükləri zaman: “Bu bizə yağış yağdıracaq buluddur!” – dedilər...» (əl-Əhqaf: 24). Ad tayfası səmada bulud kimi topalanan bu buludu gördükdə onu yağış yağdıran bulud hesab etdilər, amma bu əzab buludu çıxdı. Onlar bunun mərhəmət olduğunu zənn etdilər, amma bu bir əzab çıxdı. Onlar bundan xeyir arzulayırdılar, bu isə dəhşətli şər oldu. Uca Allah buyurur: «Xeyr, bu sizin tez gəlməsini istədiyiniz şeydir,» Yəni, bu bir əzabdır. Sonra bu əzabın nə olduğunu açıqlayır: «bir küləkdir ki, onda şiddətli əzab vardır!» (əl-Əhqaf: 24).

Ehtimal olunur ki, yeddi gecə səkkiz gün üz verən əzab məhvedici, şiddətli və soyuq külək ilə olub, onlardan heç kəsi sağ qoymayıb. Külək hər yerdə onları yaxalayırdı. Hətta mağaralarda olanları ağuşuna alıb çıxardır və məhv edirdi. Möhkəm evlərini və möhtəşəm qəsrlərini darmadağın edirdi. Onlar öz qücləri və hünərləri ilə öyünərək deyərdilər: "Bizdən daha güclü kim ola bilər?!" Uca Allah da onlara özlərindən daha hünərli və güclü birini göndərdi. Bu, amansız külək idi.

Digər ehtimala görə günlərlə əsən külək sonda belə bir bulud topalayır. Sağ qalanlar isə buludu görüb onun mərhəmət nişanəsi, nicat qapısı olduğunu güman edirlər. Amma Uca Allah buludu onlar üçün şiddətli bir əzab və od olaraq göndərmişdi. Bunu bir çox alim söyləmişdir. Bu isə Mədyən əhalisindən olan "Zallə" dəstəsinə üz verən əzaba bənzəyir. Belə ki, onlara verilən əzab soyuq külək və atəş əzabı idi. Bir-birinə zidd olan iki müxtəlif şeylə verilən əzab daha şiddətli olur. Hələ əl-Muminun surəsində deyilən şiddətli səsi də əlavə etmək lazımdır. Daha doğrusunu Allah bilir.

Ayədəki sözlərə görə onların bulud görməsini demək ərəb dilinə daha uyğundur. Əgər əl-Haris ibn Həssan əl-Bəkrinin hədisini hadisənin açıqlaması kimi qəbul etsək onda bu hədis də deyilən mənaya dəlalət edir.

Daha bariz dəlil Muslimin "Səhih" kitabında Aişədən rəvayət etdiyi hədisdir. Peyğəmbər külək əsəndə deyərdi: "Allahım! Səndən bu küləyin xeyirini, onda olan xeyiri və onunla göndərilən xeyiri diləyirəm. Onun şərindən, onda olan şərdən və onunla göndərilən şərdən Sənə sığınıram."

Aişə deyir ki, hava tutulduqda o narahat olar, tez-tez evə girib-çıxar, o tərəf, bu tərəfə gedib-gələrdi. Yağış yağdığda isə halı düzələrdi. Aişə onun bu narahatlığını hiss edib soruşduqda demişdi: "Ey Aişə, bu Ad qövmünün dediyi kimi ola bilər. Onlar (da havanın tutulduğunu görəndə) demişdilər: «Onu vadilərinə tərəf üz tutub gələn bir bulud gördükləri zaman: “Bu bizə yağış yağdıracaq buluddur!” – dedilər.» (əl-Əhqaf: 24).108

Aişədən rəvayət olunan digər sənəddə deyilir ki, mən Peyğəmbəri  tez-tez qəhqəhə çəkib gülən görməmişəm ki, onun dilçəyini də görüm. O çox vaxt təbəssüm edərdi. O, havada bulud və ya külək müşahidə etdikdə narahatlıq keçirərdi. Bir dəfə mən soruşdum: Ey Allahın elçisi! İnsanlar bulud gördükdə yağış yağmaq ehtimalını düşünüb sevinirlər. Amma sən səmada bulud görəndə narahat olursan. O dedi: "Ey Aişə! Bu buludda əzabın olmadığına dair kim mənə zəmanət verə bilər? Bəzi qövmlərə külək ilə əzab verilmişdir. Bir tayfa isə bəlanı görüb: Bu bizim üçün yağış yağdıracaq buluddur – demişdilər"109.

Bu rəvayət də hadisələrin ayrı-ayrılıqda baş verməsini göstərir. Biz əvvəldə də bunu demişdik. Beləliklə "əl-Əhqaf" surəsində qeyd olunan hekayə ikinci Ad qövmündən bəhs edir. Digər surələrdə deyilən hekayələr isə birinci Ad qövmündən bəhs edir. Daha doğrusunu Allah bilir.



 

 

Səmud qövmünün peyğəmbəri
SALEH PEYĞƏMBƏR




u çox tanınmış qəbilə idi. Cədisin qardaşı olan Səmud babalarının adı ilə bağlı onlara da Səmud tayfası deyirdilər. Onlar ərəb tayfalarından biri idilər. Hicaz ilə Təbuk arasında əl-Hicr adlı yerdə məskunlaşmışdılar. Peyğəmbər  müsəlmanlarla birlikdə Təbuka gedərkən bu yerdən keçmişdi. Səmud tayfası Ad tayfasından sonra yaşayıb. Onlar da Ad tayfası kimi bütlərə ibadət edirdilər. Uca Allah özlərindən onlara bir nəfər göndərdi. Bu Allahın qulu və elçisi Saleh peyğəmbər idi. O, onları şəriki olmayan tək Allaha ibadət etməyə çağırır, bütləri və havadarlarını tərk etməyə dəvət edir, Allaha şərik qoşmamağı təbliğ edirdi. Tayfanın bəzi adamları ona iman gətirdi, əksər insanlar isə küfr etdilər. Ona söz və əməldə əziyyət verdilər. Hətta onu öldürmək də istəyirdilər. Uca Allahın onlara dəlil-sübut göndərdiyi dəvəni qətlə yetirdilər. Sonda Uca Allah onları yenilməz qüvvət, qarşısıalınmaz intiqam sahibinə yaraşan bir əzabla həlak etdi.


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin