76. (Təkəbbür üzündən iman gətirməyi) özlərinə ar bilənlər: “Sizin inandığınıza biz inanmırıq!” – dedilər.
77. Sonra o dəvəni tutub kəsdilər və Rəbbinin əmrini saymazyana pozub: “Ey Saleh! Əgər sən peyğəmbərlərdənsənsə, bizi qorxutduğunu (əzabı) gətir görək!” – dedilər.
78. Buna görə də onları dəhşətli, tükürpədici bir səs bürüdü, onlar öz evlərində diz üstə düşüb qaldılar.
79. (Saleh) onlardan üz döndərib belə dedi: “Ey camaatım! Mən sizə Rəbbimin əmrini təbliğ etdim və sizə öyüd-nəsihət verdim. Lakin siz öyüd-nəsihət verənləri sevmirsiniz!”» (əl-Əraf: 73-79). Uca Rəbbimiz Hud surəsində buyurur:
61. Səmud qövmünə də qardaşları Salehi göndərdik. O dedi: “Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir haqq ilahınız yoxdur. O sizi torpaqdan yaradıb orada sakin etdi. Allahdan bağışlanmağınızı diləyin, sonra da Ona tövbə edin. Həqiqətən, Rəbbim yaxındır, qəbul edəndir!”
62. Onlar dedilər: “Ey Saleh! Sən bundan əvvəl içərimizdə ümid edilən bir adam idin. İndi atalarımızın ibadət etdiyinə ibadət etməyi bizə qadağanmı edirsən? Doğrusu, biz sənin bizləri dəvət etdiyin barədə şəkk-şübhə içindəyik”.