Rəhman və Rəhim olan Allahın adı ilə


Həqiqətən, Hicr əhalisi də peyğəmbərləri yalançı adlandırmışdılar



Yüklə 3,81 Mb.
səhifə112/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   108   109   110   111   112   113   114   115   ...   532
80. Həqiqətən, Hicr əhalisi də peyğəmbərləri yalançı adlandırmışdılar.

81. Biz onlara möcüzələrimizi göndərdik, lakin onlardan üz çevirdilər.

82. Onlar salamat qurtarmaq üçün dağları yonub evlər qurdular.

83. Səhər çağı dəhşətli səs onları bürüdü.

84. Gördükləri tədbirlər onlara heç bir fayda vermədi. (əl-Hicr: 80-84).
Uca Allah əl-İsra surəsində buyurur:

59. Bizə möcüzələr göndərməyə mane olan şey ancaq əvvəlkilərin onları yalan hesab etmələridir. Biz Səmud tayfasına açıq-aşkar bir möcüzə olaraq dişi bir dəvə verdik, lakin onlar ona zülm etdilər. Biz möcüzələri yalnız qorxutmaq üçün göndəririk. (əl-İsra: 59)

Əş-Şuəra surəsində isə belə buyurur:

141. Səmud tayfası da peyğəmbərləri təkzib etdi.

142. O vaxt ki, qardaşları Saleh onlara dedi: “Məgər qorxmursunuz?

143. Şübhəsiz ki, mən sizin üçün etibar olunası bir peyğəmbərəm!

144. Artıq Allahdan qorxun və mənə itaət edin!

145. Mən bunun müqabilində sizdən heç bir muzd istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir!

146. Məgər siz elə burada onların içində arxayınlıqla qalacaqsınız?

147. Bağlar və çeşmələr içində,

148. Əkinlər və lətif çiçəkli xurmalıqlar içində?

149. Dağlardan məharətlə evlər yonub düzəldəcəksiniz?

150. Artıq Allahdan qorxun və mənə itaət edin!

151. Həddi aşanların əmrinə tabe olmayın!

152. O kəslər ki, yer üzündə fitnə-fəsad törədər və islah etməzlər!

153. Onlar dedilər: “Həqiqətən, sən ovsunlanmışlardansan!

154. Sən də bizim kimi ancaq adi bir insansan! Əgər doğru danışanlardansansa, bizə bir möcüzə gətir!”

155. (Saleh) dedi: “Bu, dişi bir dəvədir. Su içmək növbəsi bir gün onun, bir gün sizindir!

156. Ona heç bir pislik etməyin, yoxsa böyük günün əzabı sizi yaxalayar!”

157. Amma onlar dəvəni tutub kəsdilər, sonra da peşman oldular.

158. Artıq əzab onları yaxaladı. Şübhəsiz ki, bunda bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi.




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin