159. Həqiqətən, sənin Rəbbin yenilməz qüvvət, mərhəmət sahibidir! (əş-Şuəra: 141-159).
Ən-Nəml surəsində deyilir:
45. Biz Səmud tayfasına Allaha ibadət edin deyə, qardaşları Salehi göndərdik. Onlar bir-biri ilə çəkişən iki firqəyə ayrıldılar.
46. (Saleh) dedi: “Ey qövmüm! Siz nə üçün yaxşılıqdan qabaq pisliyə tələsirsiniz? Nə üçün Allahdan bağışlanmağınızı diləmirsiniz ki, bəlkə, rəhm olunasınız?”
47. Onlar dedilər: “Bizə sənin və yanında olanların ucbatından uğursuzluq üz verdi. (Saleh) dedi: “Sizin uğursuzluğunuz Allahdandır. Bəlkə də, imtahan olunursunuz.