Rəhman və Rəhim olan Allahın adı ilə


KİTAB ƏHLİ (YƏHUDİ VƏ XAÇPƏRƏSTLƏR)



Yüklə 3,81 Mb.
səhifə117/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   113   114   115   116   117   118   119   120   ...   532
KİTAB ƏHLİ (YƏHUDİ VƏ XAÇPƏRƏSTLƏR) AD VƏ SƏMUDUN HEKAYƏSİNDƏN BİXƏBƏRDİRLƏR
Uca Allah Öz kitabında bir çox məqamlarda Ad və Səmud tayfalarının adlarını birlikdə xatırladır. Bunu ət-Tövbə, İbrahim, əl-Furqan, Sad, Qaf, ən-Nəcm və əl-Fəcr surələrində görmək olar.

Deyilənə görə kitab əhli bu iki tayfanın hekayəsindən bixəbərdirlər. Hazırki Tövrat kitabında bu iki tayfa haqqında heç bir məlumat yoxdur. Amma Quranda, Musanın bu tayfalar haqqında onlara xəbər verməsinə dəlalət edən ayə vardır. Uca Allah İbrahim surəsində buyurur: «8. Musa dedi: “Əgər siz və bütün yer üzündə olanlar nankorluq etsəniz, (bununla Allaha heç bir zərər yetirə bilməzsiniz). Çünki Allah möhtac deyildir. O tərifə layiqdir!” 9. Məgər sizdən əvvəlki Nuh, Ad, Səmud tayfalarının və onlardan sonra gəlib getmiş, ancaq Allahın bildiyi ümmətlərin xəbərləri sizə gəlib çatmadımı? peyğəmbərləri onlara açıq-aşkar möcüzələrlə gəlmişdilər...»

Görünür ki, bu, Musa peyğəmbərin öz tayfası ilə etdiyi söhbətin ardıdır. Amma bu iki tayfa ərəblərdən olduğu üçün kitab əhli onların hekayəsinə önəm verməyib, qorumağa diqqət ayırmayıblar. Buna baxmayaraq Musanın vaxtında hər iki tayfanın hekayəsi məşhur idi.

Biz təfsir kitabımızda bu haqda daha əhatəli yazmışıq. Həmd olunmaq və minnət qoymaq Allaha məxsusdur.

Burada məqsədimiz onların hekayəsini xatırlamaq, başlarına gələnləri yada salmaq, Uca Allahın Salehi və ona iman gətirənləri xilas etməsini bilmək, peyğəmbərlərinə küfr edib, inadkarlıq və müxaliflik göstərib özlərinə zülm edən tayfanın necə məhv olduğunu öyrənməkdir.


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin