Rəhman və Rəhim olan Allahın adı ilə


SALEH  ÖZ QÖVMÜNÜ TƏK ALLAHA



Yüklə 3,81 Mb.
səhifə118/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   114   115   116   117   118   119   120   121   ...   532
SALEH  ÖZ QÖVMÜNÜ TƏK ALLAHA (TÖVHİDƏ) VƏ YALNIZ ONA İBADƏT ETMƏYƏ DƏVƏT EDİRDİ
Biz yuxarıda qeyd etmişdik ki, Səmud qövmü ərəb idi. Onlar Ad tayfasından sonra yaşayıb, amma onların başına gələnlərdən heç bir ibrət dərsi almamışdılar. Elə buna görə peyğəmbərləri onlara belə demişdi: «“Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir haqq ilahınız yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəldi. Allahın bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Buraxın Allahın torpağında otlasın, ona pislik etməyin, yoxsa çox şiddətli bir əzaba düçar olarsınız! 74. Allahın sizi Ad tayfasından sonra onun yerinə gətirdiyi, düzlərində qəsrlər tikdiyiniz, dağlarını ovub evlər düzəltdiyiniz yer üzündə yerləşdirdiyi vaxtı xatırlayın. Allahın nemətlərini yada salın, yer üzündə dolaşıb fitnə-fəsad törətməyin!”» (əl-Əraf: 73-74). Yəni Ad tayfasından sonra sizə yer üzündə yaşamaq üçün imkan yaradıldı ki, onların başlarına gələn müsibətlərdən ibrət alasınız, onların etdiklərinin əksini edəsiniz. Düzəngahlarda imarətlər ucaldasınız, «dağlardan məharətlə evlər yonub düzəldəsiniz» (əş-Şuəra: 149) – deyə, Allah yer üzünü sizə bəxş etmişdir. Yəni bu bacarığı və məharəti də sizə O vermişdir. Elə isə Allahın nemətlərini şükrlə, saleh əməllərlə, heç bir şeyi Ona şərik qoşmadan Ona ibadət etməklə qarşılayın. Nəbadə Ona qarşı çıxasınız, itaətindən boyun qaçırasınız. Çünki, bunun aqibəti çox acınacaqlıdır.

Elə buna görə o öz qövmünə bu sözlərlə xitab edirdi: «146. Məgər siz elə burada onların içində arxayınlıqla qalacaqsınız? 147. Bağlar və çeşmələr içində, 148. Əkinlər və lətif çiçəkli xurmalıqlar içində? 149. Dağlardan məharətlə evlər yonub düzəldəcəksiniz? 150. Artıq Allahdan qorxun və mənə itaət edin! 151. Həddi aşanların əmrinə tabe olmayın! 152. O kəslər ki, yer üzündə fitnə-fəsad törədər və islah etməzlər!» (əş-Şuəra: 146-152).

O həmçinin onlara belə deyərdi: «“Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir haqq ilahınız yoxdur. O sizi torpaqdan yaradıb orada sakin etdi. Allahdan bağışlanmağınızı diləyin, sonra da Ona tövbə edin. Həqiqətən, Rəbbim yaxındır, qəbul edəndir!”» (Hud: 61). Allah sizi yaratdı və yerdən çıxartdı, sizi yer üzünün varisləri etdi. Yeri içindəki meyvələrlə, bitkilərlə birlikdə sizə əta etdi. O yaradan və ruzi verəndir. İbadətə layiq olan Odur, başqa heç kəs! Elə isə «Allahdan bağışlanmağınızı diləyin, sonra da Ona tövbə edin.» (Hud: 61). Yəni, etdiyiniz əməllərdən əl çəkin, Ona ibadət etməyə yönəlin. Belə etsəniz O sizi bağışlayar, «həqiqətən, Rəbbim (elmi, qüdrəti, mərhəməti ilə yaratdıqlarına) yaxındır, (yaxşı əməllərini) qəbul edəndir!» (Hud: 61)


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin