Rəhman və Rəhim olan Allahın adı ilə


SƏMUD QÖVMÜ ALLAHIN DƏVƏSİNİ ÖLDÜRÜR



Yüklə 3,81 Mb.
səhifə121/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   117   118   119   120   121   122   123   124   ...   532
SƏMUD QÖVMÜ ALLAHIN DƏVƏSİNİ ÖLDÜRÜR.
Bu vəziyyət uzun sürdükcə onların səbir kasası daşırdı. Onlar yekdil fikrə gəlib dəvəni öldürməyi qərara aldılar. Bununla onlar canlarını ondan xilas etmək və suya tam sahib olmaq istəyirdilər. Şeytan onların bu əməllərini daha da gözəl göstərirdi. Uca Allah buyurur: «77. Sonra o dəvəni tutub kəsdilər və Rəbbinin əmrini saymazyana pozub: “Ey Saleh! Əgər sən peyğəmbərlərdənsənsə, bizi qorxutduğunu (əzabı) gətir görək!” – dedilər.» (əl-Əraf: 77).

Dəvəni qətlə yetirən kürən başçıları Qədar idi. Hamısı dəvənin qətlinə razılıq verdikləri üçün qətl ittihamı da onlara ünvanlan­mış­dır.

Uca Allah buyurur: «29. Nəhayət, onlar öz yoldaşlarını çağırdılar. O da dəvəni tutub kəsdi. 30. Bir görərdin, Mənim əzabım və qorxutmağım necə oldu!» Digər surədə Uca Allah buyurur: «12. Onların ən rəzili dəvəni öldürməyə qalxdığı zaman 13. Allahın peyğəmbəri onlara belə demişdi: “Allahın bu dişi dəvəsinə toxunmayın, onun su içməsinə mane olmayın. 14. Lakin onlar Salehi yalançı saydılar və onu tutub kəsdilər. Rəbbi də bu günahlarına görə onların kökünü kəsib yerlə yeksan etdi. 15. Allah bu işin aqibətindən qorxmaz!» (əş-Şəms: 11-15).

Abdullah ibn Zəm`ə deyir ki, Muhəmməd Peyğəmbər  xütbə oxudu və xütbədə dəvədən danışdı, onun kim tərəfindən qətlə yetirildiyini xatırladıb dedi: «Onların ən rəzili dəvəni öldürməyə qalxdığı zaman» (əş-Şəms: 12). Əbu Zəm`ə kimi öz qövmü arasında güclü və itaət olunan rəhbər fərd dəvəni öldürməyə qalxdı"112.

Ammar ibn Yasir  deyir ki, Peyğəmbər  Əliyə  belə demişdi: "Sənə ən bədbəxt insanın kim olduğunu bildirimmi?"

Əli : Bəli.

Peyğəmbər  dedi: "Onlar iki nəfərdir: Biri Səmud qövmündən dəvəni öldürən kürən adam, digəri isə sənin başına vurub113 qanınla saqqalını isladan adamdır."114

Uca Allah buyurur: «77. Sonra o dəvəni tutub kəsdilər və Rəbbinin əmrini saymazyana pozub: “Ey Saleh! Əgər sən peyğəmbərlərdənsənsə, bizi qorxutduğunu (əzabı) gətir görək!” – dedilər.» (əl-Əraf: 77). Onlar bu sözlərində küfrün bir çox növlərini ehtiva etmişdilər.

Onlar Allah tərəfindən möcüzə olaraq göndərilmiş və öldürülməsi qəti şəkildə qadağan olunmuş dəvəni öldürməklə Allaha və rəsuluna asi olmuşdular.

Onlar vəd olunmuş əzabın tezləşdirilməsini istədilər. İki əsasa görə onlar buna layiq görüldülər:

Birinci əsas: Qoyulmuş şərt: Uca Allah buyurur: «...ona bir pislik etməyin, yoxsa yaxın bir əzaba düçar olarsınız!» (Hud: 64). «...yoxsa böyük günün əzabı sizi yaxalayar!”» (əş-Şuəra: 156). Digər ayədə isə belə deyilir: «...yoxsa çox şiddətli bir əzaba düçar olarsınız!» (əl-Əraf: 73). Bütün bu deyilənlər haqdır.

İkinci əsas: Əzabın tezləşdirilməsini istəməkləri.

Onlar peyğəmbərliyinin doğruluğuna dəlalət edən möcüzələr gətirən bir elçini yalançı hesab edirdilər. Onlar bunu tam yəqinliklə bilirdilər, amma küfrləri, azğınlıqları və inadkarlıqları onları haqqdan uzaqlaşdırıb əzaba məhkum etdi.


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin