Rəhman və Rəhim olan Allahın adı ilə


«Lakin siz nəsihət verənləri sevmirsiniz.»



Yüklə 3,81 Mb.
səhifə125/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   121   122   123   124   125   126   127   128   ...   532
«Lakin siz nəsihət verənləri sevmirsiniz.» (əl-Əraf: 79). Siz haqqı qəbul etmir və heç bunu istəmirdiniz. Bax buna görə də hazırda şiddətli əzaba düçar olmusunuz. Bu sizin üçün əbədi davam edəcək bir əzabdır. Bundan sonra sizə kömək etmək üçün edəcəyim heç bir vasitə yoxdur. Boynuma düşən vacib əməl şəriəti sizə çatdırmaq və öyüd-nəsihət vermək idi ki, bunu da lazımınca etmişəm. Amma Allah nə istəyirsə onu da edir.

Peyğəmbərimiz Muhəmməd  də Bədr döyüşündə həlak olub quyuda basdırılanlara üç gündən sonra bu mənada müraciət etmişdi. O, gecənin sonunda yola düşməyi əmr edib miniyi üzərində dayanmış halda quyuda basdırılmış müşriklərin yanına gəlib dedi: "Ey quyu əhli! Siz Rəbbinizin sizə vəd etdiyinin haqq olduğunu gördünüzmü? Mən Rəbbimin mənə vəd etdiyinin haqq olduğunu gördüm."117

TƏBUK DÖYÜŞÜNƏ GEDƏN İL PEYĞƏMBƏRIN  SƏMUD QÖVMÜNÜN YAŞADIĞI HİCR VADİSİNDƏN KEÇMƏSİ
İbn Ömər  deyir: "Peyğəmbər  camaat ilə Təbuka çatanda Səmud qövmünün evlərinin qarşısında yerləşən Hicr vadisində düşərgə saldı. Camaat Səmud qövmünün istifadə etdiyi quyulardan su içir, xəmir yoğurur və qazan qaynadırdılar. Peyğəmbər  isə onlara qazanları boşaltmağı əmr etdi. Yoğrulmuş xəmiri isə dəvələrə yedirtməyi tapşırdı. Sonra camaatı oradan qaldırıb dəvə su içən quyuya apardı. Əzaba düçar olmuş qövmün yanına daxil olmağı camaata qadağan edib dedi: "Onların başına gələnin sizin də başınıza gəlməsindən qorxuram. Onlar olan yerə girməyin"."118

İbn Ömərin  digər rəvayətində deyilir ki, Peyğəmbər  hicr vadisində olanda deyirdi: "Əgər ağlamırsınızsa, onda əzaba düçar olmuş bu insanların evlərinə girməyin. Əgər ağlamırsınızsa onda evlərinə girməyin. Sizə də onlara gələn əzab gələr."119

Bəzi rəvayətlərdə deyilir ki, "Peyğəmbər onların evlərinin yanından keçəndə başını aşağı salıb miniyini tələsdirdi. Camaata onların evlərinə daxil olmağı qadağan etdi. Yalnız ağladıqları halda oraya girməklərinə icazə verdi."

Başqa rəvayətdə deyilir: "Əgər ağlamırsınızsa onda onların başına gələn əzabın sizin də başınıza gəlməsindən qorxub ağlayın."

Muhəmməd ibn Əbu Kəbşə əl-Ənmari atasından rəvayət edir ki, o Təbuk döyüşündə olarkən camaat Hicr vadisindəki evlərə girməyə tələsirdilər. Peyğəmbər  bunu eşidəndə insanların "camaat namazına" toplaşmasını əmr etdi. Mən Peyğəmbərin  yanına gəldikdə o dəvəsindən tutub deyirdi: "Allahın qəzəbinə düçar olmuş qövmün evinə nə üçün daxil olursunuz?" Bu zaman bir nəfər: Ey Allahın elçisi, onların halına təəcüblənirik? – deyə səsləndi. Peyğəmbər  dedi: "Bundan daha maraqlısını sizə deyimmi? Aranızdan bir nəfər əvvəllər baş verənlər haqqında sizə xəbərdarlıq edir. Haqq yol ilə gedin, möhkəm olun. Həqiqətən Allah sizə verilən əzabın qarşısını almaz. Bir qövm gələcəkdir ki, onlar özlərindən heç nəyi dəf edə bilməyəcəklər."120

 


 


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin