xəlilullah
İBRAHİM PEYĞƏMBƏR
DOĞUMU, NƏSƏBİ VƏ HİCRƏTİ
, İbrahim ibn Tarihdir. O Kildanilər torpağında –Babil şəhəri və onun ətraf ərazilərində– dünyaya gəlmişdir. Peyğəmbərlərin həyatından bəhs edən tarix və hədis alimlərinə görə bu məlumat daha doğrudur. Dahi alim İbn Əsakir də bu məlumatı doğrulamışdır.
Daha sonra onun ailəsi Kənanilər – Qüds – torpaqlarına köçüb Hərran adlı yerdə məskunlaşıblar. – O zaman Hərran həm Kildanilərin torpaqlarını, həm də Ərəbistan yarımadasını və Şamı əhatə edirdi. Onlar yeddi ulduza ibadət edirdilər.
Dəməşq şəhərində yaşayanlar da bu dinə qulluq edirdilər. Belə ki, onlar şimal qütbünə tərəf dayanır, müxtəlif əməli və sözlü ayinlərlə yeddi ədəd ulduza ibadət edirdilər. Bu səbəbdən Dəməşq şəhərinin köhnə yeddi qapısının hər birinin üzərində yeddi ulduzdan biri həkk olunmuşdu. Onlar bu ulduzların şərəfinə bayram keçirir, qurbanlar kəsirdilər.
Hərran əhalisi ulduzlara və bütlərə belə ibadət edirdi. O zaman yer üzündə olanların hamısı kafir idi, təkcə İbrahim əl-Xəlildən121, arvadından və qardaşı oğlu Lut peyğəmbərdən başqa.
Uca Allah bu kimi şər əməlləri İbrahim əl-Xəlili elçi göndərməklə yox etdi və bu azğın əməllərin batilliyini insanlara çatdırdı. İbrahim azyaşlı olanda Allah təalə ona doğru yolu göstərdi, yaşa dolduqda isə onu peyğəmbər və "Xəlil" (Allah dostu) etdi.
Uca Allah buyurur:
Dostları ilə paylaş: |