Məhz Mənim mərhəmətimdən ümidlərini kəsənlər Allahın ayələrini və Onunla qarşılaşacaqlarını inkar edənlərdir. Elə onlar üçün ağrılı-acılı bir əzab vardır
23. Məhz Mənim mərhəmətimdən ümidlərini kəsənlər Allahın ayələrini və Onunla qarşılaşacaqlarını inkar edənlərdir. Elə onlar üçün ağrılı-acılı bir əzab vardır.
24. Qövmünün cavabı isə ancaq: "Ya onu öldürün, ya da yandırın!" – demələri oldu. Lakin Allah onu oddan qorudu. Doğrudan da, bunda mömin adamlar üçün mənimsəməli bir ibrət vardır.
25. İbrahim dedi: "Siz aranızda ancaq dünya həyatına bəslədiyiniz vurğunluğa görə Allahı qoyub bütlərə pərəstiş etdiniz. Sonra isə Qiyamət günü bir-birinizi kafir adlandırıb lənətləyəcəksiniz. Sığınacağınız Od olacaqdır. Sizə yardım edə bilən kəslər də tapa bilməyəcəksiniz".
26. Lut ona iman gətirdi. İbrahim dedi: "Mən Rəbbimin yanına hicrət edirəm. Həqiqətən, O, Qüdrətlidir, Müdrikdir".
27. Biz ona İshaqı və Yəqubu bağışladıq. Onun nəslinə peyğəmbərlik və Kitab verdik. Dünyada onun mükafatını verdik. Şübhəsiz ki, o, axirətdə əməlisalehlərdən olacaqdır!» (əl-Ənkəbut: 16-27).
İBRAHİM ƏL-XƏLİLİN ATASINI DƏVƏT ETMƏSİ
Uca Allah İbrahimin öz atası və qövmü ilə etdiyi mübahisələri xatırladır. Biz bu haqda qarşıda qeyd edəcəyik.
İbrahimən birinci bütlərə ibadət edən atasına haqqı təbliğ etməklə başladı. Axı digər insanlardan fərqli olaraq ataya öyüd-nəsihət etmək daha önəmlidir. Uca Allah buyurur: