33. (Şeytan) dedi: “Sənin quru və qoxumuş qara palçıqdan yaratdığın insana səcdə etmək mənə yaraşmaz!” (Adəmə səcdə etmək mənim üçün düz olmaz, çünki mən oddan yaranmışam. Od isə torpağı yandırdığına görə ondan üstündür!).
34. (Allah) buyurdu: “Oradan (Cənnətdən və ya səmalardan) çıx! Sən məlunsan! (Dərgahımdan qovulmuş və rəhmətimdən kənar edilmişsən!)
35. Sən Qiyamət gününə qədər lənətlənmişsən!”
36. (İblis) dedi: “Ey Rəbbim! İnsanların (qəbirlərindən qalxıb)diriləcəkləri günə (Qiyamətə) qədər mənə möhlət ver!”
37. (Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən”
38. Ancaq məlum vaxtın gününə (İsrafil surunu birinci dəfə çalana və bütün məxluqat məhv olana) qədər!
39. (İblis) dedi: “Ey Rəbbim! Məni azdırmağına (rəhmətindən kənar etməyinə)əvəz olaraq and içirəm ki, mən də (bunun müqabilində) onlara (pis əməllərini, günahlarını) yer üzündə yaxşı göstərib onların hamısını yoldan çıxaracağam!