78. O Rəbb ki, məni yaratmış və məni doğru yola yönəltmişdir;
79. O Rəbb ki, məni yedirdir və içirdir;
80. O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir;
81. O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir;
82. O Rəbb ki, Haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram.
83. Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur! (əş-Şuəra: 69-83)
Əs-Saffat surəsində isə belə buyurur:
83. Həqiqətən, İbrahim onun (Nuhun) ardıcıllarından idi.
84. Bir zaman o, öz Rəbbinin yanına pak bir qəlblə gəldi.
85. Onda o, öz atasına və qövmünə dedi: "Siz nəyə ibadət edirsiniz?
86. Allahı qoyub uydurma məbudlaramı ibadət edirsiniz?
87. Aləmlərin Rəbbi barəsində nə düşünürsünüz?"
88. O, ulduzlara bir nəzər salaraq,
Dostları ilə paylaş: |