Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə139/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   135   136   137   138   139   140   141   142   ...   532
89. "Mən xəstəyəm!"129 – dedi.

90. Onlar ondan üz çevirib çıxıb getdilər.

91. O, xəlvətcə onların məbudlarının yanına gəlib istehza ilə dedi: "Siz bu təamları yemirsiniz?

92. Sizə nə olub ki, danışmırsınız?"

93. Sonra onlara yaxınlaşıb sağ əli ilə bir zərbə endirdi.

94. Bütpərəstlər tələsik onun yanına gəldilər.

95. O dedi: "Siz yonub düzəltdiklərinizəmi ibadət edirsiniz?

96. Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır".

97. Onlar dedilər: "Bundan ötrü bir bina tikin və onu orada odlayın!"

98. Onlar İbrahimə hiylə qurmaq istədilər, Biz də onları rüsvay etdik. (Əs-Saffat: 83-98).

Uca Allah Xəlili İbrahimin qövmünün bütlərə ibadət etməsinə etiraz etdiyini, onları hörmətdən saldığını və təhqir etdiyini xəbər verir və deyir: «Bu nə heykəllərdir ki, siz onlara sitayiş edirsiniz?» Onların önündə alçalır, təvazökar olursunuz. Onların cavabı isə belə oldu: «Biz atalarımızı onlara ibadət edən görmüşük!» (əl-Ənbiya: 53). Onların ata-babalarının etdiklərini deməkdən, bütlərə sitayişdən başqa heç bir dəlil-sübutları yox idi. «İbrahim demişdi: "Doğrusu, siz də, atalarınız da, açıq-aydın bir azğınlıq içindəsiniz"» (əl-Ənbiya: 54). Uca Allah buyurur: «85. Onda o, öz atasına və qövmünə dedi: "Siz nəyə sitayiş edirsiniz? 86. Allahı qoyub uydurma məbudlarımı diləyirsiniz? 87. Aləmlərin Rəbbi barəsində nə düşünürsünüz?"» (əs-Saffat: 85-87). Qatədə adlı alim ayələrə şərh verərək deyir: "Siz Onun hüzuruna gəldikdə Ondan başqasına ibadət etdiyinizə görə sizə nə edəcəyini düşünürsünüz?!"

İbrahim onlara deyirdi: «72. "Onlara yalvardığınız zaman sizi eşidirlərmi? 73. Yaxud sizə xeyir və ya zərər verirlərmi?" 74. Onlar dedilər: "Xeyr, amma biz öz atalarımızın belə etdiklərini gördük".» (əş-Şuəra: 72-74). Onlar bu bütlərin eşitmədiklərini, xeyir və ya zərər verə bilmədiklərini etiraf edirdilər. Amma onları bütlərə ibadətə aparan amil özləri kimi azğınlıq içində olub, ölüb getmiş cahil dədə-baba yolunu getmələri idi. Buna görə İbrahim onlara deyirdi: «75. O dedi: "Siz nəyə ibadət etdiyinizi görürsünüzmü – 76. həm siz, həm də ulu babalarınız? 77. Aləmlərin Rəbbindən başqa, onların hamısı mənim düşmənimdir.» (əş-Şuəra: 75-77).

Bu onların ilahlaşdırdıqları bütlərin batil olmasına dəlalət edən açıq-aşkar bir sübutdur. Çünki, İbrahim onlardan imtina etdi və onları hörmətdən saldı. Əgər doğrudan da o bütlər zərər verə bilirdilərsə o zaman İbrahimə zərər verər, yaxud təsir göstərərdilər.




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin