«Onlar: "Sən bizə haqq gətirmisən, yoxsa oyunbazlardansan?" – demişdilər.» (əl–Ənbiya: 55). Onlar deyirdilər: Sənin bizə dediyin bu sözlərin, məbudlarımızı hörmətdən salmağın və ata-babamıza tənə etməyin ciddi sözündür, yoxsa oyun oynayırsan?!
«İbrahim demişdi: "Xeyr, sizin Rəbbiniz, yaratdığı göylərin də, yerin də Rəbbidir. Mən də buna şahidlik edənlərdənəm."» (əl-Ənbiya: 56). Yəni mən bu sözlərimi ciddi deyirəm. Sizin həqiqi ilahınız Özündən başqa ibadətə layiq haqq məbud olmayan Allahdır. O həm sizin, həm də bütün məxluqatın Rəbbidir. Göyləri və yeri yaradan Odur. O bunları yoxdan var etmişdir. O heç bir şəriki olmadan tək ibadətə layiqdir. Mən də bu işə şahidlik edənlərdənəm.