Rəhman və Rəhim olan Allahın adı ilə


«Allaha and olsun ki, siz geriyə dönüb getdikdən sonra bütlərinizə bir kələk gələcəyəm!»



Yüklə 3,81 Mb.
səhifə141/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   137   138   139   140   141   142   143   144   ...   532
«Allaha and olsun ki, siz geriyə dönüb getdikdən sonra bütlərinizə bir kələk gələcəyəm!» (əl-Ənbiya: 57). İbrahim and içir ki, siz bayram şənliyinə getdikdən sonra mən sizin ibadət etdiyiniz bütlərinizə bir kələk gələcəyəm.

Onların bir bayramı var idi və hər il bu bayramı qeyd etmək üçün şəhərin kənarına gedirdilər. Atası İbrahimi də bu bayramda iştirak etməyə dəvət etdi amma o, "mən xəstəyəm" – deyib bəhanə gətirdi. Uca Allah buyurur: «88. O, ulduzlara bir nəzər salaraq, 89. "Mən xəstəyəm!" – dedi.» (əs-Saffat: 88-89). O bütləri hörmətdən salmaq, Allahın haqq dininə kömək etmək, onların ibadət etdikləri bu bütlərin əslində sındırılmağa və alçaldılmağa layiq olduqlarını izhar etmək məqsədi ilə onlara yalan danışdı.

İnsanlar bayrama getdilər, İbrahim isə şəhərdə qaldı. «O, xəlvətcə onların məbudlarının yanına gəlib istehza ilə dedi: "Siz bu təamları yemirsiniz?» (əs-Saffat: 91). O tələm-tələsik xəlvətcə bütlərin yanına getdi və onların böyük bir otaqda olduqlarını gördü. İnsanlar yaxınlıq məqsədi ilə onların önünə yemək qoymuşdular. İbrahim isə istehza ilə onlara dedi: «...yemirsiniz? 92. Sizə nə olub ki, danışmırsınız?" 93. Sonra onlara yaxınlaşıb sağ əli ilə bir zərbə endirdi.» (əs-Saffat: 91-93). İbrahim o bütlərdən daha güclü, qüvvətli və hərəkətli idi. O, onları əlindəki çəkiclə qırdı. Uca Allah buyurur: «Nəhayət İbrahim bütləri sındırıb qırıq-qırıq edərək yalnız onların ən irisini saxladı ki, bəlkə, ona müraciət edələr.» Deyilənə görə o çəkici böyük bütün əlinə keçirdi ki, böyük bütün, kiçik bütlərə onunla bərabər ibadət olunmasına qısqanaraq bu əməli törətdiyini düşünsünlər.

Onlar bayramdan qayıtdıqda bütlərinin başına gətirilənləri gördülər və «dedilər: "Məbudlarımızı kim bu kökə salıb? Şübhəsiz ki, o, zalımlardandır!"» (əl–Ənbiya: 59).

Əgər onlar dərk etsəydilər bunda onlar üçün açıq-aşkar sübutlar var idi. İbadət etdikləri məbudlarının bu kökə salınmasının özü bir sübutdur. Onlar doğrudan da haqq məbud olsaydılar o zaman özlərinə edilən pisliklərin qarşısını alardılar. Onlar isə cahillikləri, nadanlıqları, azğınlıqları və qafillikləri üzündən belə deyirdilər: «59. Onlar dedilər: "Məbudlarımızı kim bu kökə salıb? Şübhəsiz ki, o, zalımlardandır!" 60. Bəziləri: "İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik" – dedilər.» (əl-Ənbiya: 59-60). İbrahim onların eyiblərini açır, onları alçaldır və ələ salırdı. Onları sındıran da o idi. İbn Məsud  deyir ki, İbrahim onlar haqqında bu sözləri deyirdi: «57. Allaha and olsun ki, siz geriyə dönüb getdikdən sonra bütlərinizə bir kələk gələcəyəm!"» (əl-Ənbiya: 57).


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin