Rəhman və Rəhim olan Allahın adı ilə


«Sonra yenə öz bildikləri batil əqidələrinə qayıdıb dedilər: "Axı sən bilirsən ki, bunlar danışmırlar".»



Yüklə 3,81 Mb.
səhifə143/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   139   140   141   142   143   144   145   146   ...   532
«Sonra yenə öz bildikləri batil əqidələrinə qayıdıb dedilər: "Axı sən bilirsən ki, bunlar danışmırlar".» (əl-Ənbiya: 65). Ayəni, onların bir daha əvvəlki etiqadlarına qayıtmaları – mənasında başa düşsək o zaman «Həqiqətən də, siz zalımlarsınız» – ayəsinin mənası belə olar: siz onlara ibadət etdiyiniz üçün zalım olmusunuz.

Qatadə deyir: "Camaat pərt olub, heyrətə gəldi və bir anlığa peşmançılıq hissi keçirdilər, sonra isə dedilər: «"Axı sən bilirsən ki, bunlar danışmırlar".» (əl-Ənbiya: 65)." Ey İbrahim, sən bunların danışmadığını bildiyin halda, nə üçün bizim onlardan soruşmağımızı istəyirsən?!

Bu zaman İbrahim əl-Xəlil onlara dedi: «66. İbrahim dedi: "Elə isə Allahı qoyub sizə heç bir fayda və zərər verə bilməyən bütlərəmi tapınırsınız? 67. Tfu sizə də, Allahdan başqa tapındıqlarınıza da! Doğurdandamı, siz dərk etmirsiniz?"» (əl-Ənbiya: 66, 67).

Uca Allah buyurur: «94. Bütpərəstlər tələsik onun yanına gəldilər.» (əs-Saffat: 94). Mücahid deyir: "Onlar tələm-tələsik gəldilər". «95. O dedi: "Siz yonub düzəltdiklərinizəmi sitayiş edirsiniz?» (əs-Saffat: 95). Ağacdan və daşdan yonub düzəltiyiniz, istədiyiniz formaya saldığınız bütlərə necə ibadət edirsiniz?! «96. Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır130".» (əs-Saffat: 96). Ayənin ərəbcəsindəki "Mə" sözü məsdər və ya bağlayıcı mənasını verə bilər. Amma hər halda məna budur ki, siz də, bu bütlər də məxluqdurlar. Bir məxluq özü kimi başqa məxluqa necə ibadət edə bilər?! Sizin onlara ibadət etməyiniz, onların sizə ibadət etmələrindən heç də az önəmli deyil. Sizin bu əməliniz batildir. Bu əsasla qarşı tərəfin də sizə ibadət etməsi batildir. Heç bir şəriki olmayan tək Yaradandan başqa heç kəsə ibadət etmək olmaz.




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin