Əbu Hureyrə س dedi: "Ey səma suyunun oğulları!140 Bu qadın sizin ananızdır."
Rəvayəti mövquf olaraq bu vəchlə yalnız Əbu Hureyrə söyləmişdir.141
Bəzzar adlı alim Hişam ibn Həssandan, o da Muhəmməd ibn Sirindən, o da Əbu Hureyrədən rəvayət edir ki, Peyğəmbər demişdir: "İbrahim yalnız üç dəfə yalan danışıb. Bunların hamısı Allahın zatı barəsində olmuşdur. Biri bu ayədəki sözüdür: «Mən xəstəyəm!» (əs-Saffat: 89). Digəri isə bu ayədədir: «İbrahim dedi: "Xeyr, bunu onların bu böyüyü etmiş olar...» (əl-Ənbiya: 63). İbrahim zalım bir padşahın ölkəsinə gəlib bir yerdə məskən salmışdı. Bəziləri zalım padşahın yanına gəlib deyirlər: Burada bir kişi var, onunla ən gözəl bir qadın da gəlib. Padşah qadının kimliyini öyrənmək üçün adam göndərdi. Gələn adam: bu kimdir? – deyə soruşdu. İbrahim dedi: Bu mənim bacımdır. Sonra İbrahim Saranın yanına gəldi və dedi: Bu adam məndən sənin kimliyini soruşdu və mən də "bacımdır" dedim. Bu gün yer üzündə məndən və səndən başqa müsəlman yoxdur. Sən mənim dindəki bacımsan. Sən də məni onun yanında yalançı çıxartma. Padşah qadının gətirilməsini əmr etdi. Sara padşahın hüzuruna daxil olanda padşah yaxınlaşıb əlini ona toxundurmaq istədi. Amma kimsə padşahı tutub saxladı. Padşah dedi: Mənim üçün Allaha dua et, mən sənə zərər vuran deyiləm. Sara dua etdi və padşah sərbəst buraxıldı. Padşah ikinci dəfə əlini Saraya uzatdı və bu dəfə də əvvəlki kimi, yaxud daha sərt şəkildə kimsə onu tutub saxladı. Padşah dedi: Mənim üçün Allaha dua et, mən sənə zərər vuran deyiləm. Sara da dua etdi və padşah sərbəst buraxıldı. Üçüncü dəfə də eyni hal təkrarlandı. Sonra padşah yaxındakı gözətçisini çağırıb dedi: Sən mənim üçün insan deyil, şeytan gətirmisən! Padşah Saranı bayıra çıxartdı və Həcər adlı qadını da ona xidmətçi verdi. Sara İbrahimin yanına gəldi. O ayaq üstə idi, namaz qılırdı. İbrahim Saranın gəldiyini hiss edib namazdan çıxdı və dedi: Nə oldu? Sara dedi: Allah zalımın hiyləsini dəf etdi və Həcəri mənə xidmətçi verdi."
Hədisi Buxari və Muslim rəvayət ediblər. Amma onlar Hişamın rəvayətini qeyd etməyiblər.
Bəzzar rəvayəti qeyd edəndən sonra deyir: "Bu hədisi Muhəmməd ibn Sirinin Əbu Hureyrədən س birbaşa rəvayətini Hişamdan başqa kimsənin nəql etdiyini bilmirəm. Başqaları hədisi mövquf olaraq rəvayət ediblər142.
Ə`rac deyir: Əbu Hureyrə rəvayət edir ki, Peyğəmbər demişdir: "İbrahim yalnız üç dəfə yalan danışıb. Biri, müşriklər onu ilahlarına ibadət etməyə çağırdıqda olmuşdur: «Mən xəstəyəm!» (əs-Saffat: 89). Digəri isə bu ayədədir: «İbrahim dedi: "Xeyr, bunu onların bu böyüyü etmiş olar...» (əl-Ənbiya: 63). Həmçinin Saraya: O, mənim bacımdır – demişdi".
Demək İbrahim zalım bir padşahın rəhbərlik etdiyi şəhərə daxil oldu. Kimsə padşaha xəbər aparıb dedi ki, İbrahim gecə vaxtı gözəl bir qadınla bərabər şəhərə daxil olub. Padşah bir nəfəri göndərib dedi: Səninlə gələn qadın kimdir? İbrahim dedi: Mənim bacımdır. Padşahın adamı dedi: Onu mənimlə padşahın yanına göndər. İbrahim Saraya dedi: Mənim sözümü yalan çıxartma. Mən ona demişəm ki, sən mənim bacımsan. Belə ki, yer üzündə məndən və səndən başqa mömin kimsə yoxdur. Saranı padşahın yanına apardıqda padşah onu görüb qarşısına gəldi. Sara isə üzünü çevirib dəstəmaz aldı və namaz qılıb dua edərək dedi: "Ey Allahım! Əgər Sən mənim Sənə, peyğəmbərinə iman gətirdiyimi, ərimdən başqa hər kəsdən ismətimi qoruduğumu bilirsənsə məni kafirin əlinə keçirmə. Bu zaman padşah boğulmağa başladı və hətta (ağrının şiddətindən) ayağını da yerə döydü".
Əbu-z-Zinad deyir ki, Əbu Sələmə ibn Əbdürrəhman demişdir: Əbu Hureyrə س deyirdi ki, (padşah boğulduqda) Sara belə dua etmişdi: "Ey Allahım əgər o ölsə deyəcəklər ki, onu bu qadın öldürüb." Bundan sonra padşah özünə gəldi. Padşah bir daha ona tərəf gəldikdə Sara yenidən dəstəmaz alıb namaz qılmağa başladı və dedi: "Ey Allahım! Əgər Sən mənim Sənə, peyğəmbərinə iman gətirdiyimi, ərimdən başqa hər kəsdən ismətimi qoruduğumu bilirsənsə məni kafirin əlinə keçirmə." Bu zaman padşah yenidən boğulmağa başladı və hətta (ağrının şiddətindən) ayağını da yerə döydü.
Əbu-z-Zinad deyir ki, Əbu Sələmə ibn Əbdürrəhman demişdir: Əbu Hureyrə س deyirdi ki, (padşah boğulduqda) Sara belə dua etmişdi: "Ey Allahım əgər o ölsə deyəcəklər ki, onu bu qadın öldürüb." Bundan sonra padşah özünə gəldi.
Padşah üçüncü və ya dördüncü cəhdindən sonra ətrafındakı adamlarına dedi: "Siz mənim üçün şeytan gətirmisiniz. Onu İbrahimə qaytarın və Həcəri də bu qadına verin."
"Sara qayıdıb İbrahimə dedi: Gördünmü, Allah kafirin təcavüzünü dəf etdi və üstəlik bizə bir xadimə də bəxş etdi?!"
Rəvayəti bu vəchlə yalnız Əhməd143 rəvayət etmişdir. Rəvayət səhihin şərtlərinə cavab verir.
Əbu Səid س deyir ki, Peyğəmbər İbrahimin üç sözü haqqında belə demişdir: "İbrahimin dediyi bu sözlərin hamısı Allahın dinini müdafiə etmək üçün dediyi sözlərdir. O demişdi: «Mən xəstəyəm!» (əs-Saffat: 89). Digəri isə bu ayədədir: «İbrahim dedi: "Xeyr, bunu onların bu böyüyü etmiş olar...» (əl-Ənbiya: 63). Həmçinin arvadını əlindən almaq istəyən padşaha: "Sara mənim bacımdır" – demişdi"144.
Hədisdə İbrahim Saranın özünün bacısı olmasını deməklə din bacılığını nəzərdə tuturdu. O Saraya "Yer üzündə məndən və səndən başqa mömin yoxdur" – deməklə, mömin ər-arvadın olmadığını demək istəyirdi. Sözün bu cür izah edilməsi zəruridir. Çünki, o zaman Lut da onlarla idi. O artıq peyğəmbər idi.
Saranı padşahın yanına aparan andan İbrahim qalxıb Allah üçün namaz qılır, ailəsinin qorunması üçün dua edir, ailəsinə pislik etmək istəyən bu zalımın qarşısını almağı diləyirdi. Sara da eyni cür davranırdı. Allahın düşməni ona toxunmaq istədikdə o qalxıb dəstəmaz alıb namaza başladı. Yuxarıda qeyd olunan əzəmətli dua ilə Allaha dua etdi. Elə buna görə Uca Allah belə əmr edir: «Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin!» (əl-Bəqərə: 45). Uca Allah qulu, elçisi və xəlili İbrahimin məsumluğuna görə Saranı da qorudu.
Bəzi alimlər üç nəfər qadının: Saranın, Musanın anasının və Məryəmin – onlara Allahın salamı olsun – peyğəmbər olduğunu söyləmişlər145.
Amma cumhur alimlərin rəyinə əsasən bu qadınlar peyğəmbərlərdən deyil, siddiqlərdən146 hesab olunurlar. Allah onlardan razı olsun və onları razı salsın!
Dostları ilə paylaş: |