Rəhman və Rəhim olan Allahın adı ilə


Biz onu çağırıb dedik: "Ey İbrahim!



Yüklə 3,81 Mb.
səhifə155/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   151   152   153   154   155   156   157   158   ...   532
104. Biz onu çağırıb dedik: "Ey İbrahim!

105. Artıq sən yuxunu təsdiq etdin!" Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.

106. Həqiqətən də bu, açıq-aydın bir imtahandır.

107. Biz onun əvəzinə böyük bir qurbanlığı fidyə verdik.

108. Sonradan gələnlər arasında ona gözəl xatirə qoyduq.

109. İbrahimə salam olsun!

110. Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.

111. Həqiqətən, o, Bizim mömin qullarımızdandır.

112. Ona əməlisalehlərdən olacaq bir peyğəmbər – İshaq ilə müjdə verdik.

113. Biz ona və İshaqa bərəkət verdik. Hər ikisinin nəslində yaxşı iş görənləri də var, açıq-aydın özünə zülm edənləri də.» (əs-Saffat: 99-113).

Uca Allah xəlili İbrahim haqqında xəbər verir ki, o öz tayfasının torpaqlarından hicrət etdikdə Allaha dua etdi ki, ona əməlisaleh bir övlad bəxş etsin. Uca Allah da onu həlim xasiyyətli bir övladla müjdələdi. Bu İsmail idi. Çünki, Xəlilin səksən altı yaşı ərzində dünyaya gələn ilk və yeganə övladı İsmail olmuşdu. Bu barədə heç bir dini mənbədə fikir ayrılığı yoxdur. İsmail onun ilk övladı idi.




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin