71. (İbrahimin) arvadı durmuşdu. O güldü. Bundan sonra Biz onu İshaqla, İshaqın da ardınca Yəqubla müjdələdik.
72. (İbrahimin arvadı) dedi: “Vay halıma! Mən qoca bir qarı, bu ərim də ixtiyar bir kişi olduğu halda, mən necə doğa bilərəm?! Bu çox təəccüblü bir şeydir!”
73. (Mələklər ona) dedilər: “Allahın əmrinə təəccübmü edirsən? Ey ev əhli! Allahın bərəkəti və mərhəməti üstünüzdə olsun. Allah təriflənib şükür olunmağa, öyülüb mədh edilməyə layiqdir!” (Hud: 69-73).
Digər ayədə deyilir:
51. Həm də onlara İbrahimin qonaqlarından xəbər ver!
52. O zaman ki, onlar onun hüzuruna daxil olub: “Salam!” – dedilər. İbrahim dedi: “Biz, həqiqətən, sizdən qorxuruq!”
53. Onlar: “Qorxma, biz səni çox bilikli bir oğulla müjdələyirik!” – deyə cavab verdilər.
54. (İbrahim:) “Qocalıq məni basdığı vaxtdamı mənə müjdə verirsiniz? Məni nə ilə muştuluqlayırsınız?” – deyə soruşdu.
Dostları ilə paylaş: |