Rəhman və Rəhim olan Allahın adı ilə


Onlar: “Sənin Rəbbin belə buyurmuşdur. Şübhəsiz ki, O, hikmət sahibidir, biləndir!” – dedilər.»



Yüklə 3,81 Mb.
səhifə161/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   157   158   159   160   161   162   163   164   ...   532
30. Onlar: “Sənin Rəbbin belə buyurmuşdur. Şübhəsiz ki, O, hikmət sahibidir, biləndir!” – dedilər.» (əz-Zariyat: 24-30).

Uca Allah xatırladır ki, mələklər İbrahim Xəlilin yanına gəldikdə o onları qonaq zənn edib onlarla qonaq kimi rəftar etməyə başladı. İnəklərinin ən yaxşısını onlar üçün kəsib qızartdı. Yeməyi təqdim etdikdə qonaqların yeməyə heç iştah salmadıqlarını gördü. Ona görə ki, mələklər yeməklə qidalanmırlar. İbrahim onların bu halını görüb bir qədər qorxuya düşdü. «(İbrahim qonaqların) əllərinin yeməyə uzanmadıqlarını gördükdə onların bu hərəkəti xoşuna gəlmədi və qorxuya düşdü. Onlar dedilər: “Qorxma, biz Lut tayfasına göndərilmişik!”» (Hud: 70). Yəni, Lut tayfasını məhv etmək üçün göndərilmişik. Sara Allah rizası üçün onlara nifrət etdiyinə görə bu xəbəri eşidəndə sevindi. O ərəblərin və qeyri ərəblərin adət-ənənəsində olduğu kimi qonaqlara xidmət edirdi. Sara bu xəbəri eşidib güləndə Uca Allah buyurdu: «Biz onu İshaqla, İshaqın da ardınca Yəqubla müjdələdik.» (Hud: 71). Yəni, mələklər ona müjdə verdilər. «29. Zövcəsi çığır-bağır salıb (təəccübündən əlini) üzünə çırpdı:» (əz-Zariyat: 29). Adətən qadınlar təəccübləndikləri halda belə edərdilər. «Vay halıma! Mən qoca bir qarı, bu ərim də ixtiyar bir kişi olduğu halda, mən necə doğa bilərəm?!» (Hud: 72). Yəni, mənim kimi qocalıb əldən düşmüş qısır bir qadın necə doğa bilər. Sara bu halda uşaqlarının necə olacağına təəccüb etdiyi üçün belə deyirdi: «Bu çox təəccüblü bir şeydir!” 73. (Mələklər ona) dedilər: “Allahın əmrinə təəccübmü edirsən? Ey ev əhli! Allahın bərəkəti və mərhəməti üstünüzdə olsun. Allah təriflənib şükür olunmağa, öyülüb mədh edilməyə layiqdir!”» (Hud: 72-73).

İbrahim də bu müjdəni eşidib sevincək halda təəccüb edirdi. «54. (İbrahim:) “Qocalıq məni basdığı vaxtdamı mənə müjdə verirsiniz? Məni nə ilə muştuluqlayırsınız?” – deyə soruşdu. 55. (Mələklər:) “Biz sənə doğru xəbərlə müjdə veririk. Ümidini üzənlərdən olma!” – dedilər.» (Hicr: 54-55). Onlar bir daha bu müjdə xəbərini təsdiqlədilər və onu inandırdılar.

Onlara «çox bilikli bir oğlan uşağı» ilə müjdə verdilər. Bu İshaq idi. Onun qardaşı isə İsmail idi. İshaq məqamına və səbrinə görə mülayim bir oğlan idi. Rəbbi də onu sadiq vədə və səbr ilə vəsf etmişdi.

Digər ayədə deyilir: «Biz onu İshaqla, İshaqın da ardınca Yəqubla müjdələdik.» (Hud: 71). Muhəmməd ibn Kəəb əl-Qurazi və başqaları bu ayəni, Qurbanlığın İsmail olduğuna dair əsas gətiriblər. Çünki İshaq və İshaqın da Yəqub adlı övladının olacağı barədə müjdə verildikdən sonra onun kəsilməsini əmr etmək uyğun gəlmir. Yəqub sözü də nəsil davamçısı deməkdir.

Uca Allah buyurur: «Biz onu İshaqla, İshaqın da ardınca Yəqubla müjdələdik.» (Hud: 71). Ayə göstərir ki, Sara İshaqın sonra isə Yaqubun doğulacağına çox sevinirdi. Yəni, Yaqub da onların sağlığında doğulacaqdır ki, İshaqın sevincini yaşadıqları kimi, Yaqubun da sevincini yaşasınlar. Əgər bu belə olmasaydı onda İshaqın nəslindən təkcə Yaqubun doğulacağı ilə müjdə verməyin bir mənası olmazdı. Şəxsən Yaqubun adı çəkilibsə demək onlar da onu görəcəklər, atası İshaqın doğumu ilə sevindikləri kimi, onunla da sevinəcəklər.

Uca Allah buyurur: «Biz İshaqı və Yəqubu Ona əta etdik. Onların hər birini hidayətə çatdırdıq...» (əl-Ənam: 84).

Digər ayədə deyilir: «İbrahim müşrikləri və onların Allahdan başqa tapındıqları bütləri tərk edib getdiyi zaman Biz ona İshaqla Yəqubu bəxş etdik...» (Məryəm: 49).

İnşəllah yuxarıda deyilənlər daha tutarlı, daha əsaslıdır. Bu fikri həmçinin Buxari və Muslimdə164 rəvayət olunan hədis də təsdiq edir. Əbu Zərr  deyir ki, mən Peyğəmbərə  dedim: "Ey Allahın elçisi! Hansı məscid birinci inşa edilib?" O dedi: "əl-Hərəm məscidi." Mən dedim: "Bəs sonra hansı?" O dedi: "əl-Əqsa Məscidi." Mən dedim: Bəs ikisinin arasında neçə il fərq var idi? O dedi: "Qırx il." Mən dedim: Bəs sonra hansı? O dedi: "Namaz vaxtı harada olsan orada da namazını qıl. Yer üzü bütünlüklə namazgahdır."

Əhli kitabın165 mənbələrinə əsasən "əl-Əqsa" məscidini Yaqub inşa etmişdir. Bu Allahın şərəfli etdiyi Qüds şəhərindəki "İliya" məscididir.

Bu da uyğun gələn bir fikirdir. Əvvəldə qeyd etdiyimiz hədis də buna şahidlik edir. Buna əsasən demək olar ki, İsrail adı ilə tanınan Yaqub İbrahim Xəlil və İsmailin "əl-Hərəm" məscidini tikdikdən qırx il sonra "əl-Əqsa" məscidini tikmişdir. İbrahim və İsmail məscidi tikdikləri zaman artıq İshaq dünyaya gəlmişdi. Çünki İbrahim öz duasında belə deyirdi:


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin