Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə164/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   160   161   162   163   164   165   166   167   ...   532
BEYTÜL ƏTİQİN (KƏBƏNİN) İNŞASI
26. Yadına sal ki, bir zaman İbrahimə Kəbənin yerini bildirib belə buyur­muş­duq: “Mənə heç bir şeyi şərik qoş­ma, evimi təvaf edənlər, namaza du­ran­lar, rüku edən və səcdəyə qapa­nan­lar üçün təmizlə!”

27. İnsanları həccə çağır ki, onlar sənin yanına piyada və hər uzaq yoldan yol­la­nan hər çür arıq (yorğun-arğın) dəvə­lər üstündə gəlsinlər. (əl-Həcc: 26-27).

96. Həqiqətən, insanlar üçün ilk bina olunan ev Bəkkədəki (Məkkədəki) ev­dir ki, o, şübhəsiz, bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır.



97. Orada aydın nişanələr – İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır. Onun yoluna gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşı­sın­da borcudur. Kim bunu inkar edər­sə əlbəttə, Allah aləmlərə möhtac de­yil­dir! (Ali İmran: 96-97).

124. Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə imtahana çəkdiyi zaman o, bu sözləri tamamilə yerinə yetirdi. (Belə olduqda Allah ona:) “Səni insan­la­ra imam təyin edəcəyəm”, – dedi. (İbra­him isə:) “Nəslimdən necə?” – deyə soruşdu. (Allah onun cavabında:) “Zalımlar mənim əhdimə nail olmaz­lar”, – buyurdu.


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin