Rəhman və Rəhim olan Allahın adı ilə


UCA ALLAHIN VƏ SƏXAVƏTLİ PEYĞƏMBƏRİNİN  İBRAHİM ƏL-XƏLİLƏ  SÖYLƏDİKLƏRİ TƏRİFLƏR



Yüklə 3,81 Mb.
səhifə167/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   163   164   165   166   167   168   169   170   ...   532
UCA ALLAHIN VƏ SƏXAVƏTLİ PEYĞƏMBƏRİNİN  İBRAHİM ƏL-XƏLİLƏ  SÖYLƏDİKLƏRİ TƏRİFLƏR
Uca Allah buyurur:

124. Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə imtahana çəkdiyi zaman o, bu sözləri tamamilə yerinə yetirdi. (Belə olduqda Allah ona:) “Səni insan­la­ra imam təyin edəcəyəm”, – dedi. (İbra­him isə:) “Nəslimdən necə?” – deyə soruşdu. (Allah onun cavabında:) “Zalımlar mənim əhdimə nail olmaz­lar”, – buyurdu. (əl-Bəqərə: 124).

Uca Rəbbinin ona əmr etdiyi şərəfli əmrləri layiqincə yerinə yetirdikdən sonra Rəbbi onu insanlar üçün rəhbər etdi ki, onu örnək tutsunlar və getdiyi hidayət yolu ilə getsinlər. İbrahim isə Rəbbindən bu rəhbərliyin daim onunla əlaqəli olmasını və onun nəslində qalmasını istədi. Onun istəyi qəbul olundu. Rəhbərlik tam şəkildə ona verildi. Zalımlar isə istisna edildilər. Rəhbərlik, onun nəslindən olub bildiklərinə əməl edən alimlərə məxsus edildi. Uca Allah buyurur:



Biz ona İshaqı və Yəqubu bəxş etdik, peyğəmbərliyi və kitabı onun nəslinə əta etdik, dünyada onun mükafatını verdik. O, axirətdə də mütləq salehlərdən olacaqdır! (əl-Ənkəbut: 27).
Uca Allah buyurur:

84. Biz İshaqı və Yəqubu Ona əta etdik. Onların hər birini hidayətə çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusufu, Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   163   164   165   166   167   168   169   170   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin