Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə172/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   168   169   170   171   172   173   174   175   ...   532
131. Rəbbi İbrahimə: “(Əmrimə) təslim ol!” – dedikdə, o: “Aləmlərin Rəbbinə təslim oldum!” – deyə cavab vermişdi.

132. İbrahim və Yəqub bunu (müsəlman olmağı) öz oğlanlarına vəsiyyət edib: “Ey oğlanlarım, həqiqətən, Allah sizin üçün din (islam dini) seçdi, siz də ancaq müsəlman olaraq ölməlisiniz!”

133. (Ey yəhudilər!) Yoxsa Yəqubun ölümü yetişdikdə siz onun yanında idiniz?! O: “Məndən sonra nəyə ibadət edəcəksiniz?” – deyə oğlanlarından soruşduğu zaman, onlar: “Sənin Allahına və ataların – İbrahimin, İsmailin və İshaqın Allahı olan tək Allaha təslim olacağıq (Ona ibadət edəcəyik)!” – dedilər.

134. Onlar (İbrahim, Yəqub və onlara tabe olanlar) bir camaat idilər ki, keçib getdilər. Onların etdikləri əməllər özlərinə, sizin etdiyiniz əməllər isə sizə aiddir. Onların əməlləri barəsində sizdən sorğu-sual olunmaz.


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin