Rəhman və Rəhim olan Allahın adı ilə


Yoxsa siz İbrahimin, İshaqın, Yəqubun və onun övladlarının



Yüklə 3,81 Mb.
səhifə175/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   171   172   173   174   175   176   177   178   ...   532
140. Yoxsa siz İbrahimin, İshaqın, Yəqubun və onun övladlarının (nəslinin) yəhudi və ya xaçpərəst olduqlarını iddia edirsiniz? Allah sizin nə etdiklərinizdən xəbərsiz deyildir.

141. Onlar (İbrahim, Yəqub və övladları) bir ümmət (camaat) idilər ki, keçib getdilər, onların qazandıqları (əməllər) özlərinə, sizinki isə özünüzə aiddir. Onların əməlləri haqda sizdən sorğu-sual olunmaz. (əl-Bəqərə: 130-141).

Uca Allah xəlili İbrahimi yəhidilikdən və xaçpərəstlikdən uzaq tutmuş, onun hənif müsəlman olduğunu, müşriklərdən olmadığını demişdir.

Buna görə Uca Allah buyurur: «Şübhəsiz ki, insanların İbrahimə ən yaxın olanı onun ardınca gedənlərdir...» (Ali İmran: 68). Yəni, onun yaşadığı dövrdə dininə itaət edənlər, ondan sonra da onun dini ilə gedənlərdir. «Bu peyğəmbər...» (Ali İmran: 68) yəni, Muhəmməd . Uca Allah hənif dinini İbrahim üçün şəriət etdiyi kimi, onun üçün də şəriət etmiş, onun üçün dini kamilləşdirmişdir. Əvvəlki peyğəmbərlərə və elçilərə vermədiyini ona vermişdir. Uca Allah buyurur:

161. De: “Şübhəsiz, Rəbbim məni doğru yola, həqiqi (düzgün) dinə, batildən haqqa tapınan və müşriklərdən olmayan İbrahimin dininə yönəltdi!”

162. De: “Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür!


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin