Rəhman və Rəhim olan Allahın adı ilə


Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!”



Yüklə 3,81 Mb.
səhifə176/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   172   173   174   175   176   177   178   179   ...   532
163. Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!” (əl-Ənam: 161-163).
Uca Allah buyurur:

120. Həqiqətən, İbrahim Allaha müti, hənif (batildən haqqa tapınan) bir imam idi. O heç vaxt müşriklərdən olmamışdı.

121. O, (Allahın) nemətlərinə şükür edən idi. (Allah da) onu (sədaqətinə, səmimiliyinə görə peyğəmbərlik üçün) seçmiş və düz yola yönəltmişdi.

122. Biz ona dünyada gözəl nemət (peyğəmbərlik, hamı tərəfindən sevilib hörmət olunmaq) bəxş etdik. Şübhəsiz ki, o, axirətdə də (ən yüksək dərəcələrə nail olacaq) salehlərdəndir!

123. Sonra (Ey Rəsulum!) sənə: “Batildən haqqa dönərək müşriklərdən olmayan İbrahimin dininə tabe ol!” – deyə vəhy etdik.» (ən-Nəhl: 120-123).

Buxari, İbn Abbasın  belə dediyini rəvayət edir180: "Peyğəmbər Kəbədə şəkillərin olduğunu gördü və içəri girməmiş şəkillərin silinməsini əmr etdi. Şəkilləri sildilər. Şəkillərin birində İbrahimin və İsmailin əlində fal oxlarının təsvirini gördü və dedi: "Allah bu şəkilləri çəkənləri öldürsün! Allaha and olsun ki, onlar heç vaxt fal oxlarından istifadə etməyiblər".

Buxarinin bəzi rəvayətlərində181 belə deyilir: "Allah onları öldürsün! Onlar bilirdilər ki, şeyximiz heç vaxt fal oxlarından istifadə etməyib".


Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin