Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə180/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   176   177   178   179   180   181   182   183   ...   532
LUT PEYĞƏMBƏRİN  ƏSİL-NƏSLİ
Lut Haranın, Haran isə Tarihin (yəni Azərin) oğlu idi. Lut peyğəmbər İbrahim əl-Xəlilin qardaşı oğlu idi. Belə ki, İbrahim, Haran və Nahur qardaş idilər.

LUTUN  PEYĞƏMBƏR GÖNDƏRİLDİYİ TAYFA
Lut əmisi İbrahimin məsləhəti və icazəsi ilə onun yaşadığı yerdən köçmüş və Ğur-Zəğər torpaqlarının Sədum şəhərində məskunlaşmışdı. Bu şəhər mərkəz hesab olunurdu. Şəhərin böyük torpaq əraziləri və kəndləri var idi. Əhalisi isə hədsiz günahkar, küfr edən, rəzil əxlaq və pis keçmiş sahibi idi. Onlar quldurluq edir, öz aralarında pis işlərlə məşğul olur, bir-birlərini etdikləri pis işlərdən çəkindirmirdilər. Onlar çox pis iş sahibləri idilər. Onlar əvvəllər heç kəsin bilmədiyi bir murdar işin: Allahın əməlisaleh bəndələri üçün yaratdığı qadınlardan üz çevirib, kişilərin kişilərlə evlənməsinin (homoseksualizmin) – "ixtiraçıları" idilər.

Lut peyğəmbər onları heç bir şəriki olmayan Allaha ibadət etməyə dəvət edir, gördükləri haram və murdar işlərdən əl çəkməyə çağırırdı. Amma onlar öz azğınlıqlarını davam etdirir, günah və küfrdən əl çəkmirdilər. Bunun cəzası olaraq Uca Allah onlardan heç kəsin görmədiyi və güman etmədiyi bir intiqam aldı. Bu hər kəs üçün çəkiləcək bir məsəl və ibrətamiz dərs oldu.




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin