62. (Lut) dedi: “Siz yad adamlarsınız (mən sizi tanımıram)!”
63. (Mələklər) belə cavab verdilər: “Xeyr, biz sənə onların (ümmətindən olan kafirlərin)şübhə etdikləri şeyi (əzabı) gətirmişik!
64. Biz sənə (Allahdan) doğru xəbər gətirmişik. Biz, həqiqətən, doğru danışanlarıq!
65. Gecənin bir vaxtı (sonuna yaxın) ailəni yola çıxart, sən özün də onların arxasınca get. Sizdən heç kəs dönüb geri baxmasın (çünki kafirlərə veriləcək dəhşətli əzabı gördükdə halınız pis olar). Sizə əmr olunan yerə gedin!”
66. Və ona (Luta da)vəhy etdik ki, səhər çağı onların (kafirlərin) kökü kəsilmiş olacaq.
67. (Lutun gözəl qonaqları gəldiyini bilən)şəhər əhli (sevinərək) bir-birini muştuluqlayıb (onun yanına) gəldi.
68. (Lut) dedi: “Bunlar mənim qonaqlarımdır. (Onlara hörmət etmək mənim borcumdur). Məni (biabırçı hərəkətlərinizlə onların yanında) rüsvay etməyin!
69. Allahdan qorxun və məni xar etməyin!
70. Onlar: “Məgər biz sənə (şəhərimizə gələn) adamları (himayə etməyi, onları qonaq saxlamağı) qadağan etmədikmi?” – deyə soruşdular.