34. Biz etdikləri pozğunluğa (günahlara) görə, bu məmləkət əhlinin başı üstünə göydən bir əzab endirəcəyik!”
35. Həqiqətən, Biz dərindən düşünən bir qövm üçün (baxıb ibrət alsınlar deyə) o məmləkətdən açıq-aydın bir nişanə (xarabalıq) qoyduq. (əl-Ənkəbut: 28-35). Əs-Saffat surəsində deyilir:
133. Həqiqətən, Lut da peyğəmbərlərdəndir!
134. (Ey Rəsulum!) Yadına sal ki, Biz o vaxt (Lut tayfasına müsibət üz verdiyi zaman) onu və bütün ailəsini xilas etdik.
135. Yalnız əzab içində qalanlar arasında olan qoca qarıdan (Lutun arvadından) başqa!
136. Sonra isə başqalarını (iman gətirməyənləri) yox etdik.