İBRAHİMİN LUT TAYFASI BARƏDƏ MƏLƏKLƏRLƏ MÜBAHİSƏ ETMƏSİ Uca Allah buyurur: «74. İbrahimin qorxusu çəkildikdə və ona (İshaqın doğulacağı haqqında)müjdə gəldikdə, Lut tayfası barəsində Bizimlə (mələklərimizlə) mübahisə etməyə başladı.» (Hud: 74).İbrahimonların dəvəti qəbul etmələrinə, peşman olub tövbə etmələrinə və təslim olmalarına ümid edirdi. Uca Allah bu haqda buyurur: «75. Həqiqətən, İbrahim həlim xasiyyətli, (həmişə dua edərək) yalvarıb–yaxaran və özünü tamamilə (Allaha) təslim etmiş bir zat idi. 76. (Mələklər dedilər:) “Ey İbrahim! Bundan (bu mübahisədən) əl çək, Rəbbinin əmri artıq gəlmişdir. Onlara mütləq qarşısıalınmaz bir əzab gələcəkdir.» (Hud: 75-76). Bu haqda danışma, başqa məsələdən söhbət aç. Artıq onlar barədə qəti qərar verilmiş, əzaba düçar olub həlak edilmələri vacib olmuşdur. «Rəbbinin əmri artıq gəlmişdir.» Bu əmr, bir sözü iki edilməyənin, intiqamının qarşısı alınmayanın və hökmünə qarşı çıxılmayanın əmridir. «Onlara mütləq qarşısıalınmaz bir əzab gələcəkdir.»