Rəhman və Rəhim olan Allahın adı ilə



Yüklə 3,81 Mb.
səhifə20/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   16   17   18   19   20   21   22   23   ...   532
70. (Bütün onlar) mənə ancaq (sizi Allahın əzabı ilə) qorxudan bir peyğəmbər olduğum üçün vəhy olunur!”

71. (Ey Peyğəmbər!) Xatırla ki, o zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan (Adəmi) yaradacağam.

72. Mən onu tamamlayıb (insan şəklinə salıb) Öz dərgahımdan ruh üfürən (can verən) kimi ona (hörmət əlaməti olaraq) səcdə edin!”

73. Buna görə də mələklərin hamısı birlikdə (Adəmə) səcdə etdi;



74. Yalnız İblisdən başqa! O (səcdə etməyə) təkəbbür göstərdi və kafirlərdən oldu.

75. (Allah) buyurdu: “Ey İblis! Sənə mənim iki əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?”

76. (İblis) dedi: “Mən ondan daha yaxşıyam (daha üs­tün, daha şərəfliyəm). Çünki Sən məni oddan, onu isə palçıqdan ya­rat­mısan!”

77. (Allah) buyurdu: “Çıx ordan (Cənnətdən). Sən (Mənim rəhmətimdən, dərgahımdan) qovulmuşun birisən!

78. Qiyamət gününə qədər Mənim lənətim sənin üstündən əskik olmasın!”




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin