Rəhman və Rəhim olan Allahın adı ilə


LUTUN  QONAQLARINI MÜDAFİƏ ETMƏSİ



Yüklə 3,81 Mb.
səhifə200/532
tarix01.01.2022
ölçüsü3,81 Mb.
#103049
1   ...   196   197   198   199   200   201   202   203   ...   532
LUTUN  QONAQLARINI MÜDAFİƏ ETMƏSİ
«“Ey qövmüm! Bunlar mənim qızlarımdır. Onlar sizin üçün daha təmizdirlər".» (Hud: 78). Burada Lut onlara öz qadınlarına üz tutmağı məsləhət görür. Şəriət baxımından tayfasının qadınları onun qızları hesab edilirdilər. Çünki bir ümmətin peyğəmbəri olmaq ata olmaq kimidir. Belə bir məlumat hədislərin birində deyilir209. Bu mənada Uca Allah buyurur: «6. Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. Onun arvadları (möminlərin) analarıdır...» (əl-Əhzab: 6). Bəzi əshabələr və sələflər deyirlər ki, o möminlərin atasıdır. Deyilənlər Uca Allahın bu ayəsindəki məna kimidir: «165. Doğrudanmı siz bəşər övladından yalnız erkəklərlə yaxınlıq edirsiniz? 166. Və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz (günah etməklə) həddi aşan bir camaatsınız!”» (əş-Şuəra: 165-166). Bu mənanı Mücahid, Səid ibn Cubeyr, ər-Rabii ibn Ənəs, Qatadə, Suddi və Muhəmməd ibn İshaq demişlər. Doğru olan da budur.

Digər rəy, Əhli-Kitabdan götürülüb və həmin rəy düzgün deyil. Lutun yanına gələn mələklərin iki olmasını və orada şam yeməyini yediklərini deyib yanlışlığa düşdükləri kimi, onları bu məsələdə də yanlışlığa salıblar. Əhli-Kitab bu hadisəni həddindən çox qarma-qarışıq salıb210.

Uca Allah buyurur: «Allahdan qorxun və (yaramaz əməllərinizlə) məni qonaqların yanında rüsvay etməyin. Məgər aranızda (sizə yaxşı işlər görməyi əmr edən, pis işləri yasaq edən) ağlı başında olan bir adam yoxdur?» (Hud: 78). Lut onları yaramaz çirkin əməldən çəkindirir, aralarında bir nəfərin də olsa aqil və xeyirxah olmadığına, hamısının səfeh, hədsiz günahkar və axmaq kafir olduğuna şahidlik edir. (Lutun narazılıqla şahidlik etdiyi) bu sözlər mələklərin haqqında söhbət açmadan öncə, onun dilindən eşitmək istədikləri ifadələr idi.

Lutun qövmü – Allah onlara lənət etsin – peyğəmbərlərinin yerinə düşən əmrinə cavab olaraq dedi: «79. Onlar dedilər: “Sənin qızlarına heç bir rəğbətimiz (və ya ehtiyacımız) olmadığını, şübhəsiz, bilirsən. Nə istədiyimizi də, yəqin ki, bilirsən!”» (Hud: 79). Onlar – Allah onlara lənət etsin – bildirirlər ki, ey Lut sən artıq bilirsən ki, bizim qadınlarımıza qarşı heç bir istəyimiz yoxdur. Sən bizim nə istədiyimizi və məqsədimizi bilirsən.

Onlar bu kobud sözləri ilə səxavətli peyğəmbərlərinə cavab qaytarır, əzabı şiddətli olan böyük Allahın qəzəbinə gəlməkdən heç qorxmurdular. Elə buna görə Lut onlara dedi: «80. (Lut) dedi: “Kaş sizə çatan bir gücüm-qüvvətim olaydı, yaxud möhkəm bir arxaya söykənəydim”» (Hud: 80). Lut güc-qüvvətinin olmasını, yaxud ona dayaq olacaq hami və övladlarının olmasını arzu edir ki, onları bu danışıqlarına görə layiqli cəzalandıra bilsin.

Əbu Hureyrə  Peyğəmbərə  istinadən deyir:211 "Biz şəkk etmək üçün İbrahimdən daha haqlıyıq.212 Allah Luta da rəhm etsin. O möhkəm arxaya söykənirdi. Əgər Yusuf qədər zindanda qalsaydın, azad olunmaq xəbərini gətirən kimi dərhal oradan çıxardın"213.

Digər rəvayətdə Əbu Hureyrə  Peyğəmbərin  belə dediyini rəvayət edir: "Luta Allahın rəhməti olsun. O möhkəm arxaya – yəni Allaha – sığınırdı. Ondan sonra Allahın göndərdiyi bütün peyğəmbərlər tayfasından dəvətini qəbul edən çoxsaylı tərəfdarla göndərilirdilər"214.

Uca Allah buyurur: «67. (Lutun gözəl qonaqları gəldiyini bilən) şəhər əhli (sevinərək) bir-birini muştuluqlayıb (onun yanına) gəldi. 68. (Lut) dedi: “Bunlar mənim qonaqlarımdır. Məni rüsvay etməyin! 69. Allahdan qorxun və məni xar etməyin! 70. Onlar: “Məgər biz sənə (şəhərimizə gələn) adamları (himayə etməyi, onları qonaq saxlamağı) qadağan etmədikmi?” – deyə soruşdular. 71. (Lut) dedi: “Bunlar mənim qızlarımdır. Əgər (istədiyinizi) edəcəksinizsə (buyurun, onlarla evlənin)!”» (əl-Hicr: 67-71). Lut onlara öz arvadları ilə yaxınlıq etməyi əmr edir, pis yoldan və çirkin əməllərindən çəkindirirdi. Amma onlar əməllərindən əl çəkmir, Luta əhəmiyyət vermirdilər. Əksinə, o hər dəfə onlara xəbərdarlıq edəndə onlar qonaqları əldə etməyə daha çox can atırdılar. Lakin onlar üz tutduqları acı sonluqdan, sübh çağı nələrin olacağından bixəbər idilər. Buna görə Uca Allah Peyğəmbəri Muhəmmədin  həyatına and içərək deyir: «72. (Ey Rəsulum!) Canına and olsun ki, onlar məstlikləri (küfrləri) içində şaşqın vəziyyətdə durub qaldılar.» (əl-Hicr: 72).




Yüklə 3,81 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   532




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin